Super User

Super User

Qax rayonunun Oncallı kəndində, Oğuz qəbirstanlığında Sufi şerinin görkəmli nümayəndəsi, Türk dünyasının böyük şairi Yunus Əmrənin məzarı bu gün də qorunub saxlanılır. Bu yer bir ziyarətgah kimi ziyarətçiləri tərəfindən yad edilir.
Anadolu türkcəsində yazan Şeyx Yunus Əmrənin şeirlərinin dil xüsusiyyətləri Oğuz türklərinin məkanı olan Qax rayonunun Oncallı kəndində çox sevilirdi. Yunus Əmrə bir neçə nəfərlə Anadoludan səfərə çıxıb və Qaxda yaşayıb-yaratmağı qərara alıb. Elə burda da dəfn olunub. Oğuz qəbirstanlığında Yunus Əmrənin məzarı ilə yanaşı, həm də onun mürşidi Hacı Tapdığın qəbri  var.  Türkiyədən gələn mütəxəssizlər   o dövrün xəritəsinə baxmaqla, qəbrlərin ara məsafələri və yerdən hündürlüklərini də ölçərək məzarların dahi şəxsiyyətlərə aid olmalarını təsdiqləyib. Şeyxin məzarı ilə bağlı bir çox fərziyyələr iddia edilsə də bu qəbirstanlıqdakı Hacı Tapdığın məzarı bütün suallara aydınlıq gətirir. Ziyarətgaha hər il çoxlu sayda insan baş çəkir. Onların arasında xarici turistlər də yetərincədir. Onu da qeyd edək ki, ərazi daim dövlət nəzarətində saxlanılır, təmizlənir və qorunur.
Çərşənbə, 16 Fevral 2022 11:18

Hacı Dayının Nəvələri 3-cü Bölüm

Çərşənbə, 16 Fevral 2022 10:46

TUR-İZİM _ İz qoymaga gelirik!

Çərşənbə, 16 Fevral 2022 10:41

Bu, bir tilsimdir! | Sirler TEZLİKLE!

Çərşənbə, 16 Fevral 2022 10:38

Suallar uzaqlara aparir... "BELKE" TEZLIKLE!

Çərşənbə axşamı, 15 Fevral 2022 18:56

Buster doza vurdurmaq istəyənlərin sıxlığı yaşanır

Bu gündən etibarən, peyvəndin ikinci dozasının üzərindən 6 aydan çox vaxt keçmiş şəxslərin "Peyvənd sertifikatı" etibarsız sayılır.  Belə ki, buster doza, yəni 3-cü doza vaksini qəbul etməyən vətəndaşlar bir çox yerlərə daxil ola və xidmətlərdən istifadə edə bilməyəcəklər. Qadağanın tətbiq olunduğu günü gözləyənlər bu gün xəstəxanalarda sıxlıq yaradıb.
Yaşı 18-dən yuxarı bütün vətəndaşların  mehmanxanalar, iri ticarət mərkəzləri, kafe və restoranlar, ali və orta ixtisaas təhsili müəssisələrinə girişi yalnız 3-cü doza peyvəndlə mümkündür. Qərar sonuncu qəbul etdiyi dozadan 6 ay keçən şəxslərə də aiddir.   6 ay limiti tamam olmuyan, iki doza peyvənd olunan şəxslərsə bu cür obyektlərə daxil ola bilərlər. Qadağanın tətbiq olunduğu ilk gündən xəstəxanalara buster doza ilə bağlı sıxlıq yaşanır. Xəstəxanalarda yaşanan sıxlıq səbəbindən tədbirlər artırılıb. Mütəxəssislər son günlər sürətlə artan yoluxma hallarının qarşısının alınması, ağırlaşmaların sayının azalması üçün buster dozanı mütləq hesab edir. Belə ki, peyvənddən sonra bir müddət maksimuma çatan immunet səviyyəsi vaxt keçdikcə zəifləyir. Peyvəndin buster dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Onu da qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 12 390 636-dır. Buster doza üzrə vaksinasiya olunanlarsa 2 368 436 nəfərdir.
Çərşənbə axşamı, 15 Fevral 2022 18:55

Zəyzidlilərin 30 ildir bitməyən qaz həsrəti...

Soyuq qış günlərində istiliyə ehtiyac artdıqca qazla təminatında problemi olan yaşayış məntəqələrinin sakinlərinin şikayətləri də artır. Şəkinin Baş Zəyzid kəndində yüzə yaxın ev qazlaşmadan kənarda qalıb. Anlaşılmaz məqamsa odur ki, qaz xətləri qapılarına qədər çəkilib ancaq evlərə verilməyib. Aidiyyatı qurumlarsa məsələnin həllini nədənsə yubadır.
Şəkinin iri kəndllərindən biri olan Baş Zəyzid kəndində 5 minə yaxın əhali yaşayır. 8 ilə yaxındır ki, kəndin böyük hissəsi qazlaşsa da 65 ailə bu prosesdən kənarda qalıb. Və onların 30 illlik qaz həsrəti bitmək bilmir. Problemlə bağlı dəfələrlə aiddiyyatı qurumlara müraciət edən sakinlər  hələ də  məsələnin həlli istiqamətində irəliləyiş olmadığını bildirirlər. Kənd sakinləri bu ərazilərə qaz xətti çəkmək üçün lazım olacaq vəsaitin bir hissəsini də ödəməyə də razıdırlar. Bircə 30 ildir çəkdikləri əziyyət bitsin. Elə aidiyyatı qurumlar da məsələdən xəbərdar olduğunu bildirir. Sakinlərin yeganə ümidi vaxtsız vədlərə qalıb.  Bu qışı evlərini qazla isidə bilməzəsələr də gələn qışa mavi yanacağın istisnə qızınmağın arzusundadırlar.
590 -dən səhifə 594

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S