Super User
Zaman qisa, men guclu, yolsa uzun... | Onun Yolu TEZLIKLE!
Hacı dayının nəvələri | TEZLİKLE!
Tibbi yeniliklər, dərdinizə çarə "Həkimcanlı" Tezliklə
25 il məhkumluq həyatı yaşayan narkotacir tutulub.
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutularaq istintaqa təhvil verilib.
Şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğu üçün, eləcə də quldurluq və oğurluq əməllərinə görə ümumilikdə 25 il məhkumluq həyatı yaşayan Hafiz Məhərrəmli idarə etdiyi “Ford” markalı avtomobillə birgə saxlanılıb.
Nəqliyyat vasitəsinə baxış keçirilərkən oturacağın altında satış məqsədilə gizlətdiyi 20 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana da baxış keçirilib. Oradan isə sellofan torbada saxladığı 300 qram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
H.Məhərrəmli barəsində Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanlıb və məhkəmənin də qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Əlaqə
- Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç.
- Qaynar xətt: +994 50 201 93 93
- Tel.: +994 24 244 6875
- Fax: +994 24 244 13 71
- E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Əgər Siz Kanal S - də işləmək istəyirsinizsə CV-nizi aşağıdakı formu dolduraraq göndərə bilərsiniz.
Qanunsuz ov edən qonşular saxlanılıb
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı gecə saatlarında Qullar kəndi ərazisində qanunsuz ov edən iki nəfər saxlanılıb. Müvafiq araşdırma aparılması üçün şöbəyə gətirilən həmin şəxslərin Qullar kənd sakinləri-Əhmədullah İsmayılov və qonşusu Ceyhun Rəhimov olduğu müəyyən edilib. Onlardan tüfəng, digər ov alətləri və üzərilərində daşıdıqları çantadan ovladıqları çöl quşları aşkarlanaraq götürülüb. Hər iki şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Qaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon sakini Qia Bayramaşvilinin idarə etdiyi “Opel” markalı avtomobil nəzarət-yoxlama qaydasında şəhər ərazisində saxlanılıb. Sürücünün əməllərində sərxoşluq əlamətləri hiss edildiyindən o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitə olan marixuana qəbul etdiyi sübuta yetirilib. Qia Bayramaşvili barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.