Super User
Barama subsidiyası və yaş baramanın alış qiyməti artırılıb…
Qax rayonunda “Barama-2022: Qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin, nazirlıiyə tabeli qurumların rəsmiləri və barama istehsalı ilə məşğul olan kümçülər iştirak edib. Kənd təsərrüfatı naziri İnam Kərimov bu il barama mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, baramaçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər barədə fermerləri məlumatlandırıb. Nazir fermerlərə Barama subsidiyası və yaş baramanın fermerlərdən alış qiymətinin artırıldığı müjdəsini də verib.
Hacı Dayının Nəvələri 20-ci Bölüm
Qozlu Kükünün hazırlanması | Kəndimiz 20-ci veriliş
Qax polisi reyd keçirdi...
Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə reyd keçirib. Təhlükəsizlik kəmərindən, dönmə siqnallarından istifadə etməyən motosiklet və velosiped sürücüləri müəyyən edilib. Həmçinin, xüsusi səs siqnallarından istifadə edən sürücülərə də rast gəlinib və həmin nəqliyyat vasitəsi sahiblərinə bu kimi halların ətrafdakıların haqlı narazılığına səbəb olduğu izah edilib. Ümumilikdə reyd zamanı 20 -yə yaxın sürücüyə yol hərəkət qaydalarını pozduğuna görə protokol tədbiq olunub.
ADPU-nun Şəki filialının 30 illik yubileyi qeyd edilib...
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının 30 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon administrasiyası, universiettin rektoru , Milli Məclisin deputatı, elm adamları, ziyalılar iştirak ediblər. İştirakçılar Mərkəzin foyesində ADPU-nun Şəki filialının 30 illik fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Ardınca universitetin Şəki filialının fəaliyyətindən bəhs edən film nümayiş olunub. Çıxış edənlər gözəl təbiəti, tarix və mədəniyyəti abidələri ilə tanınan Şəkinin həm də, Azərbaycanın qədim sənət, elm və təhsil mərkəzlərindən biri olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, 30 il ərzində filialda 5 mindən çox ali təhsilli pedaqoji kadr hazırlanıb, 6 mindən çox müəllimin ixtisasının artırılması və təkmilləşdirilməsi həyata keçirilib. Hazırda filialda 2 fakültədə 9 ixtisas üzrə 900-dən çox tələbə təhsil alır. Filialın 86 əməkdaşından 3 nəfəri elmlər doktoru, 15 nəfər isə fəlsəfə doktorudur. Universitet rəhbərliyinə xatirə hədiyyəsi və kollektivinin bir sıra üzvlərinə fəxri fərmanlar verilib. Yubiley tədbiri bədii proqramla başa çatıb.
Dəymədərə sakinləri susuz yaşayır...
Su həyatdır, amma susuz yaşayanlar, daha doğrusu, yaşamalı olanlar da var. Məsələn, Oğuzun Dəymədərə kəndinin sakinləri illərdir su çiləsi çəkir. Sakinlər içdikləri su üçün kilometrlərlə məsafə qət etməli olur. Məsələ isə suyun olmamasında deyil, su var, amma kəndə suyu çəkən yoxdur. Təfərrüatlar sujetdə...
Oğuzun Dəymədərə kəndində 800 nəfərə yaxın sakin və 250-yə yaxın təsərrüfat sahəsi susuzluqdan əziyyət çəkir. Əsasən əkinçilik və maldarlıqla məşğul olan kənd sakinləri artıq 18 ilə yaxındır ki, su üzünə həsrət qalıb. Əsası 1980-ci illərdə qoyulan kəndin su sistemi istismar müddətini başa vurduğu üçün tamamilə yararsız hala düşüb. Zamanında kəndi içməli su ilə təmin edən su hövzəsi artıq qurbağa gölünə çevrilib. Kənd sakinləri məsələ ilə bağlı dəfələrlə aiddiyatı qurumlara müraciət etsə də məsələnin həlli istiqamətində heç bir tədbir görülməyib. Kənd İcra nümayəndəsi Qərib Yunusov müraciətimizə cavab olaraq bildirdi ki, kəndin bir neçə hissəsində yeni arteziyan quyusu qazılıb. Lakin bu quyulardan ancaq bir məhəllə istifadə edə bilir. Digər ərazilərdə isə su xətlərinin köhnə olması və ya ümumiyyətlə olmaması səbəbindən sudan istifadə mümkünsüzdür. Problemin həlli istiqamətində aiddiyatı qurumlar qarşısında məsələ qaldırılıb.
Bu gün Milli Teatr Günüdür...
Şəkidə Milli Teatr günü ilə bağlı açıq qapı günü keçirilib. Azərbaycan teatrının inkişafında xüsusi yerə sahib olan Şəki Dram Teatrı bu gün də öz adət-ənənəsinə sadiq şəkildə fəaliyyətini davam etdirir.
Şəki Dövlət Dram Teatrının da Аzərbаycаn tеаtrının təşəkkül tаpmаsındа və inkişаfında öz yеri vаr. 143 yaşını qeyd edən Şəki teatrı bu illər ərzində öz sözünü deməyi bacarıb. Teatr günü münasibəti ilə Şəki Dövlət Dram teatrında Açıq qapı günü keçirilib. Dəli Domrul tamaşası ilə teatrsevərlər milli teatr gününü qeyd edib. Şəki Dövlət Dram teatrı artıq gənc rejisorlar, aktyorlar da yetişdirir. Teatrın inkişafı istiqamətində çox saylı işlər görülür, yeni layihələr həyata keçirilir. Onu da qeyd edək ki, Şəki Dövlət Dram teatrının truppası ilin ikinci yarısından yenidən qastrol səfərlərində və Teatr festivallarında iştirak edəcək . İndi isə aktyor heyəti Novruz bayramı ilə bağlı tamaşaya hazırlaşır. Martın 19-da başlayacaq tamaşalar 9 gün boyunca kiçik teatr sevərləri sevindirəcək.