Super User
Zaqatalada külək ağacı aşırdı, yaralanan var...
Səhər saatlarından başlayaraq rayon ərazisində hökm sürən küləkli hava şəraiti nəticəsində şəhərin Heydər Əliyev prospektində iri gövdəli şam ağacı aşıb. Hadisə baş verən zaman yolla piyada hərəkət edən 30 yaşlı Abbas Neftullayev yüngül xəsarət alıb. Abbas Neftullayevə hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım həkim briqadasının əməkdaşları tibbi yardım göstərib. Güclü külək səbəbindən yıxılan ağac yaxınlıqdakı yaşayış evinə də qismən ziyan verib. Zaqatala şəhəri istiqamətində maşınların hərəkətində müvəqqəti fasilə yaranıb. Yol təmizləndikdən sonra avtomobillərin hərəkəti yenidən barpa edilib. Qeyd edək ki, şimal-qərb bölgəsində küləkli hava şəraiti davam edir.
Mayonezin tərkibinin yoxlanma üsulu | Elə Çarə 27.12.2023
"Vətən məcnunları" kitabının təqdimatı baş tutub...
Şəkidə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinə həsr olunan "Vətən məcnunları" kitabının təqdimatı keçirilib. Şəki Tibb kolleci və 1 saylı Mediasiya təşkilatının birgə keçirdiyi tədbirdə şəhid ailələri, tibb kollecinin tələbələri və şəhər ictimaiyyəti iştirak edib. İlk öncə şəhidlərin əziz xatirəsi yad edilib. Ardınca Vətən müharibəsinə həsr olunan videoçarx izlənilib. Çıxış edənlər bildirib ki, Azərbaycan Yazıçılar birliyinin üzvü Şəfa Vəlinin redaktorluğu ilə nəşr olunan kitabda ruhları göylərdə, cismləri torpaqda, adları milyonların qəlbində yaşayan şəhidlərimizin həyat yoluna işıq tutulur. Qeyd olunub ki, kollecin gənc tələbələrinin qələmə aldığı toplu vətən aşiqləri olan qəhrəman oğulların şücaəti, rəşadəti, vətənpərvərliyinə yazdıqları tarixə şahidlik edir, onları bizə daha yaxından tanıdır. Rəsmi hissədən sonra şəhid ailələrinə "vətən məcnunları" kitabı və fəxri fərmanlar təqdim edilib.
Olimpiada, fənn müsabiqələri və festival qalibləri mükafatlandırılıb...
Dağlıq Şirvan Regional Təhsil İdarəsində bölgə üzrə müxtəlif olimpiada, fənn müsabiqələri qaliblərinin, həmçinin döş nişanı almış müəllimlərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Yeni Azərbaycan Partiyası Rayon Təşkilatının rəsmiləri, təhsil işçiləri və şagirdlər iştirak ediblər. Çıxış edənlər Ulu Öndərin Vətən və xalq qarşısındakı xidmətlərindən, təhsil sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, 2023-cü il Dağlıq Şirvan bölgəsinin təhsil həyatı üçün çox uğurlu olub. Regional Təhsil İdarəsinin əhatə etdiyi ümumitəhsil məktəblərində təhsil alan şagirdlər il ərzində bir sıra olimpiada, müsabiqə və festivallarda fəal iştirak edib, onların bir çoxu bu yarışların qalibi olub.Ardınca mükafatlandırma tədbirində Regional İdarənin tabeliyində olan Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarında yerləşən təhsil müəssisələrində çalışan və beynəlxalq müəllimlər günü münasibətilə Qabaqcıl döş nişanı və Fəxri fərmanla təltif edilən təhsil işçilərinə medallar və Fəxri Fərmanlar təqdim edilib. Həmçinin Təhsil İnstitutu tərəfindən keçirilən Lütfizadə adına məntiq olimpiadası və Fənn müsabiqələrində iştirak edərək medal qazanan şagirlərədə medal və diplomlar təqdim edilib. İl ərzində təhsil sahəsində fərqlənən bir qrup təhsil işçisi və şagirdə isə Təşəkkürnamə təqdim edili. Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.
Pirotexniki vasitələri gizli şəkildə satan şəxslər məsuliyyətə cəlb olunublar...
Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon ərazisində keçirilən tədbirlər zamanı əvvəlcədən edilən xəbərdarlıqlara baxmayaraq bir neçə mağazada pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən şəxslər müəyyən edilib. Həmin şəxslərin fəaliyyət göstərdiyi obyektlərə baxış keçirilərkən pirotexniki vasitələr, partlayıcı və tezalışan maddələr aşkar olunaraq götürülüb. Faktlarla bağlı onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
MSK-nın təşkilatçılığı ilə regional seminar təşkil olunub...
MSK-nın təşkilatçılığı ilə regional seminar təşkil olunub Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin yüksək səviyyədə, azad, ədalətli və şəffaf təşkili məqsədilə Mərkəzi Seçki Komissiyası paytaxtla yanaşı, regionlarda da tədbirlər keçirir. Mərkəzi Seçki Komissiyasının Hüquq və İnsan Haqları İnstitutu ilə birgə layihəsi çərçivəsində “Seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr edilən” növbəti regional seminar Şəkidə təşkil olunub. Tədbirdə Hüquq və İnsan haqları üzrə mütəxəssislər, eləcə də İsmayılı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları üzrə dairə seçki komissiyalarının ekspert qruplarının üzvləri iştirak ediblər. Tədbirdə seçki hüquqlarının pozulması halında qanunvericiliyin tələbləri, müraciət və şikayətlərin araşdırılması, azad seçki hüququ və digər mövzulu çıxışlar edilib. Həmçinin iştirakçılara əyani vəsaitlərdən istifadə etməklə mövzular barədə ətraflı məlumat verilib. Tədbirin praktiki hissəsi başa çatandan sonra MSK nümayəndələri seçki qanunvericiliyi və ekspert fəaliyyəti ilə bağlı məşğələlər keçib, dairə seçki komissiyaların üzvləri sınaq testlərinə cəlb olunub. Həmçinin ilk dəfə ekspert qrupunun üzvləri üçün hazırlanan, onlara yardımçı olacaq yeni yaddaş kitabçaları paylanılıb.
Xeyirli axşamlar 26.12.2023
Türkiyəyə gedən Rafiq xəstə övladına niyə baxmır? | Çıxış Yolu
Tək istəyim sağalıb, övladlarıma baxa bilməkdi... | Çıxış Yolu
Türkiyəli müğənni Lara konsertdən əvvəl "Xəbərin var?"ın qonağı oldu 27.12.2023
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.