Super User

Super User

Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.

Cümə axşamı, 11 Yanvar 2024 15:04

Səhər dəmi 11.01.2024

Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.

Cümə axşamı, 11 Yanvar 2024 10:04

Çıxış Yolu 09.01.2024

Cümə axşamı, 11 Yanvar 2024 09:25

Odlu silah-sursat gizlədən şəxslər saxlanılıb...

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı bir neçə əməliyyat keçirilib. Tədbir zamanı Ağdaş rayon sakini Əli Əsədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana və avtomat patronları aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun rayon ərazisində gizlətdiyi atəşə yararlı lüləsi və qundağı kəsilmiş tüfəng, 100 ədəd avtomat patronu, “Kalaşnikov” markalı silaha məxsus daraq , eləcə də 155 qram narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb. Keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə rayon ərazisində narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Rəsul Alməmmədov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan marixuana aşkar olunub. Faktlarla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Zaqatalada minik avtomobili aşıb, xəsarət alan var.hadisə gecə saat 04:40-da Zaqatala-Qax avtomobil yolunun Gözbarax kənd inzibati ərazisindən keçən hissəsində baş verib. Rayonun Yeni Suvagil kənd sakini 35 yaşlı Rövşən Abdulsalam oğlu Qurbanovun idarə etdiyi "KİA" markalı 99 RA 501 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə aşıb. Qəza zamanı sükan arxasında sıxılmış vəziyyətdə qalan sürücü R. Qurbanovu avtomobildən çıxarmaq üçün əraziyə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və yanğınsöndürən xilasediciləri cəlb edilib. R. Qurbanov avtomobildən çıxarılaraq aidiyyəti üzrə əraziyə çağrılmış Təcili Tibi Yardım briqadasına təhvil verilib. R. Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

312 -dən səhifə 599

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S