Super User

Super User

Azərbaycan Beynəlxalq Arıçılıq konfransına ev sahibliyi edən Zaqatalada "Boz Qafqaz" Arı cinsinin genefondunun qorunması məqsədilə yaradılmış təsərrüfatla tanışlıq məqsədilə tur təşkil edilib. 10-a yaxın ölkənin 30-dan artıq nümayəndəsinə məlumat verilib ki, “Boz Qafqaz” cinsi bölgədə tarixən mövcud olan və dünyada ən məhsuldar arı cinslərindən sayılır. Bu növ arı cinsi artıq mələzləşərək cırlaşmağa doğru getdiyi üçün məhsuldarlığa da mənfi təsir göstərirdi. Buna görə də damazlıq təsərrüfatının yaradılması vacib məslələrdən idi. Hazırda arıçılar bir pətəkdən 5-7 kq məhsul əldə edirsə gələcəkdə damazlıq təsərrüfatlarından 15 kq –dək məhsul əldə ediləcək. Fərqli ölkələrin nümayəndələrinin bir araya gələrək arıçılıq sahəsinidəki mövcud problemlərin həlli yolunda birgə əməkdaşlıq ediləcəyi də vurğulanıb. Qeyd edək ki, tədbir çərçivəsində müxtəlif ölkələrin nümayəndələri məhz Boz Qafqaz arı cinsinin genetikasını öyrənmək məqsədilə analiz üçün nümunələr götürüərək öz ölkələrinə aparıblar.

Cümə axşamı, 01 Fevral 2024 10:56

Eşitməyən qalmasın 01.02.2024

Cümə axşamı, 01 Fevral 2024 08:38

Səhər dəmi 01.02.2024

Oğuz şəhərində yeni inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının binası istifadəyə verilib. Yeni binada ötən ilin noyabrında yanaraq yararsız vəziyyətə düşən Oğuz şəhər 3 nömrəli körpələr evi–uşaq bağçası fəaliyyətə başlayıb. Qeyd edək ki, hazırda Oğuz rayonunda 935 uşağı əhatə edən 18 bağça fəaliyyət göstərir.

Çərşənbə, 31 Yanvar 2024 13:38

Xeyirli axşamlar 29.01.2024

316 -dən səhifə 614

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S