Super User
Dilarə Kazımovanın yol macəraları - 5 il əvvəl... | Yollar bizi ayırmasın 27.01.2024
Zaqatalada Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçirilib...
Zaqatala IX Beynəlxalq Arıçılıq konfransına evsahibliyi edib. Xarici ölkə arıçılarının da qatıldığı Konfrans 2 gün davam edib. Ölkəmizin bütün guşələrindən gələn arıçılar burada öz məhsullarını nümayiş etdirməklə yanaşı, xarici həmkarları ilə fikir mübadiləsi aparıb, təcrübələrini bölüşüb.
Beynəlxalq Arıçılar konfransının əsas məqsədiKonfransın əsas məqsədi arı xəstəliklərinin qarşısını almaq, arıçılıqda məhsuldarlığı artırmaq və arıçıların öz məhsullarını yerli və xarici bazara çıxarması yollarını araşdırmaqdır. Konfransda Türkiyə, Rusiya, Ukrayna, Amerika, Yaponiya, və Çindən gələn arıçılıq təsərrüfatlarının rəhbərləri və elm adamları bu istiqamətdə öz təcrübələrini yerli arıçılarla bölüşüb. İki günlük konfransın ardınca iştirakçılar Zaqatalada dağlıq ərazidə təcrid olunmuş zonada damazlıq "Boz Qafqaz" arısının yetişdirilmə şəraiti də tanış olacaqlar.
Vətən fədailəri: Şəki şəhidləri
Yazıçı-publisist, Azərbaycan yazıçılar və jurnalistlər birliklərinin üzvü, "Vətən fədailəri" layihəsinin rəhbəri Manya Səxavətqızının şəhidlərimizə həsr etdiyi səkkizinci kitabı olan "Vətən fədailəri: Şəki şəhidləri” kitabının ikinci təbliğat yönümlü təqdimat mərasimi keçirilib. Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Şuşa zalında keçirilən təqdimat mərasimində dövlət rəsmiləri, şəhid ailələri, qazilər, hərbçilər, kitabxana rəhbərləri, media nümayəndələri, QHT sədrləri və digər qonaqlar iştirak ediblər. Çıxış edənlər kitab haqqında məlumat verib. Vurğulanıb ki, "Vətən fədailəri" layihəsi çərçivəsində ərsəyə gələn bu kitab Vətən müharibəsi zamanı şəhid olmuş Şəki rayonundan olan döyüşçülərə həsr edilib. Torpaq uğrunda canını fəda edən igidlərimizin tanıdılması, xatirələrinin əbədiləşdirilməsi üçün nəşr olunan kitabların, çəkilən filmlərin gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsindəki rolundan da danışılıb. Qeyd edək ki, "Vətən fədailəri: Şəki şəhidləri” kitabı yazıçının Vətən müharibəsi şəhidlərinə həsr etdiyi üçüncü kitabdır.
Aparıcı Lətafər Ələkbərova və müğənni Teymur Qədirov "Xəbərin var?"da 29.01.2024
Vakant yerlərə qəbul aparılır...
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeçiliyində olan ümumtəhsil müəssisələrində mövcud vakant yerlərə test imtahanları keçirilib. İmtahanda iştirak etmək üçün 1000 nəfərə yaxın qeydiyyatdan keçib. Onlardan seçim üçün uyğunluğu yoxlanıldıqdan sonra 700 nəfər imtahan buraxılıb. İmtahan bir mərhələdə aparılıb. 80 dəqiqə ərzində namizədlər vəzifələrdən asılı olaraq 45 və ya 50 sualı cavablandırıb. Vəzifə üzrə ən yüksək bal toplayanların ardıcıllığa uyğun olaraq vakant yerlərdə yerləşdirilməsi aparılacaq. Xatırladaq ki, bu Şəki-Zaqatala regional təhsil idarəsi tərəfindən keçirilən 3-cü imtahandır.