Super User
31 yaşlı qadın qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişdi...
İsmayıllının Qazmalara kəndində yaşayan, əslən Şuşa sakini olan 31 yaşlı Ülviyyə Əhmədova Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı olunub. Lakin bir gün sonra səhər saatlarında ananın ölüm faktı qeydə alınıb. Daha əvvəl iki övladını təbii doğuşla dünyaya gətirən ananın ölümündə ailəsi həkimləri günahlandırır....Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində hadisə ilə bağlı bildirilib ki, xəstənin əməliyyatdan sonra vəziyyəti qənaətbəxş olub. Lakin daha sonra ölüm faktı qeydə alınıb. Ölüm halı ilə bağlı TƏBİB-in müvafiq komissiyası araşdırma aparır. Onu da qeyd edək ki, meyit təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
Stressdəsən? Qəlb qırma, biz sənə qırmağa bir şeylər taparıq | Məhəmməd haradadır?
Şəki idmançıları yarışdan uğurlu nəticə ilə dönüb...
Şəki idmançıları 17 dekabrda Abşeron Olimpia idman kompleksində keçirilən Savate (fransız boksu) idman növü üzrə 3-cü Azərbaycan birinciliyindən uğurlu nəticə ilə dönüb. Ölkənin ayrı-ayrı rayon və şəhərlərindən olan müxtəlif çəki dərəcələri üzrə 300-dən çox idmançının iştirak etdiyi yarışda Şəkini 3 idmançı təmsil edib. 3 idmançıdan 2-si fəxri yerə laiq görülüb.
9-11 yaşlılar arasında 50 kq çəkidə Ömər Qurbanzadə 1 ci yer tutaraq qızıl medal, 15-17 yaş qrupunda 58 kq çəkidə Orxan İbrahimli rəqibindən güclü olsa da xal hesabı ilə döyüşü uduzaraq gümüş medal alıb.
Şəkinin Qayabaşı kəndində yanğın...
Şəkinin Qayabaşı kəndində Abbasov Zaman Ələkbər oğluna məxsus yaşayış evinin talvarında yanğın baş verib. Nəticədə ümumi sahəsi 108 kvadrat metr olan talvarın 30 kvadrart metrində yanar konstruksiyalar və 1 ton ot yanıb. Yanğın Fövləladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.
Zaur Rzayev Xəyalə ilə Sizdəyik-də qonaqdır 24.12.2023
Elçin Məhərrəmov: Nankorluq etdilər, canları sağ olsun! | Xəbərin Var?
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.
Polis gecə-gündüz xidmətdədir...
Azərbaycanda ictimai asayişin qorunmasında və daxili sabitliyin təmin olunmasında polis müstəsna rol oynayır. Bir çox peşələrdən fərqli olaraq polisin xidməti çətinliyi və məsuliyyəti ilə seçilir. 7/24 xidmət başında olan polis əməkdaşları gecədən-səhərədək asayişin keşiyində durur, hər cür gözlənilməz hadisəyə, eləcə də fədakarlığa hazır olurlar...
Şəkidə zibil maşını piyadanı vurub...
Şəkidə zibil maşını yaşlı kişini vurub. Hadisə şəhərin Çingiz Mustafayev küçəsində baş verib. Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus avtomobil zibil daşınması ilə məşğul olarkən şəhər sakini 88 yaşlı Paşa Mərdanovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Paşa Mərdanov Şəki RMX-yə yerləşdirilib. Xəstənin vəziyyəti orta ağır qiymətləndilir. Faktla bağlı araşdırma aparılır.
İsa Şükürov: Gürcü qızı Manana bizim dildə danışır, Nigar Camal yox! | Xəbərin var? 22.12.2023
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.
Alpaqut Turan döyüş sənəti üzrə respublika turniri keçirilib...
Şəkidə Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş Alpaqut Turan döyüş sənəti üzrə respublika turniri keçirilib. Yarışda respublikanın 9 rayonundan 9 komanda olmaqla 100-dən çox idmançı iştirak edib. Yarışda ilk dəfə olaraq işğaldan azad olunan Laçın və Kəlbəcərdən də komandalar iştirak edib. Sonda qalib gələn iştirakçılar medal və kuboklarla təltif olunub.