Super User
31 Mart Azərbaycanlıların Soyqırımı Günü
Şamaxıda 31 Mart Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub. Anım tədbirində rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri soyqırım abidəsini ziyarət edib abidə önünə gül dəstələri düzülüb. Xatırladaq ki, erməni-daşnak qüvvələrinin 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməlləri arasında öz miqyasına, qurbanların sayına və vurduğu maddi-mənəvi ziyanın ölçülərinə görə Şamaxı qırğınları xüsusi yer tutur. Belə ki, erməni qəsbkarlarının Şamaxıya hücumu nəticəsində 58 kənddə 8 027 nəfər dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib. Şamaxı şəhərində 13 məscid, o cümlədən Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi yandırılıb.
Baltalı kəndinin ağsaqqalı Hikmət baba 2-ci hissə | Ötənlər 30.03.2024
Valeh Kərimov, İlham Namiq Kamal və Nüşabə Ələsgərli "Xeyirli axşamlar"da 28.03.2024
Yaxşı deyək, yaxşı eşidək 28.03.2024
Müğənni Eldar Ələkbərov, Sədəf Budaqova, Ferhad Tufan və İlham Xanhüseynoğlu ""5 gün" Mikayıl ilə"də
Şöhrət Məmmədov: Üzeyir Mehdizadə ilə uşaqlığımızı yada saldıq | Xəbərin var? 28.03.2024
Şəki Regional Elmi Mərkəzinin hesabat xarakterli elmi-praktik konfransı keçirilib...
Heydər Əliyev Mərkəzində Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Elm günü”-nə həsr olunan hesabat xarakterli elmi-praktik konfrans keçirilib. Konfransda Azərbaycan elminə lazımi şəraitin yaradılmasında ulu öndərin əvəzsiz xidmətləri xüsusilə vurğulanıb. Bildirilib ki, konfransın əsas məqsədi elmi tədqiqatlarda son nailiyyətləri öyrənmək, müzakirə etmək və əməkdaşlıq əlaqələrini genişləndirməkdir.
Çıxış edənlər Elmi mərkəzin elmi-tədqiqat şöbələrində Şimal-qərb bölgəsi üzrə elmi tədqiqat işləri, alınan ən mühüm elmi nəticələr haqqında ətraflı məlumatlar veriblər. Rəsmi hissədən sonra “COP-29 meqalayihəsi: iqlim dəyişikliyi qlobal ekoloji problem kimi”, “Şəkidə ekoturizm potensialı”, İpəkçiliyin regionun iqtisadiyyatında rolu və təsiri”, "Azərbaycanın şimal-qərb regionu folklorunda simvollar” və digər mövzularda məruzələr dinlənilib.