Super User
MSK ekspert qruplarının üzvləri üçün regional seminar keçirib...
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin yüksək səviyyədə, azad, ədalətli və şəffaf təşkili məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən Şəkidə regional seminar keçirilib. Seminarda MSK Katibliyinin rəsmiləri, respublikanın şimal-qərb bölgəsində, ətraf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsi -dairə seçki komissiyalarının hər birindən 3 ekspert olmaqla, ümumilikdə aşağı seçki komissiyalarının 51 təmsilçisi iştirak edib. Tədbirdə “Seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri”, “Seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması, Ekspert qruplarının fəaliyyətinin əsasları” və digər mövzularda çıxışlar edilib. Tədbirin praktiki hissəsində kazuslar üzrə müxtəlif şikayət nümunələri nəzərdən keçirilib, seçki komissiyaları tərəfindən həmin şikayətlərə dair müvafiq qərarların qəbul edilməsi məsələlərinə baxılıb. Sonda seminar iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Eşitməyən qalmasın 17.07.2024
Səhər dəmi 17.07.2024
Qazi Abuzərli Cavidin qonağıyıq | Kim var, Kim yox? 16.07.2024
Məclisi-Şüəra 16.07.2024
Solo Star - İstedadlar yarışı | Yaxşı deyək, yaxşı eşidək 15.07.2024
Ülviyyə Namazova, Ofelya Şabanova və Aydın Əliyev "5 gün" Mikayıl ilə"də 15.05.2024
Evində narkotik və avtomat gizlədən şəxs saxlanıldı...
Balakəndə qanunsuz odlu silah-sursat saxlayan və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 27 yaşlı Anar Kaltayev saxlanılıb.
Onun üzərindən və yaşadığı ünvandan 1 kiloqram marixuana, eləcə də “Kalaşnikov” markalı avtomat, daraq və patronlar götürülüb. Saxlanılan şəxs avtomatı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Yataqda siqaret çəkən kişi yandı...
Şəkidə 57 yaşlı kişi yanıq xəsarətləri alıb. Hadisə rayonun Baş Kəldək kəndində baş verib. Yanğın baş verən evdən çıxarılan Mais Nəbiyev Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
O, 4-cü dərəcəli yanıq diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Ancaq görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə yanğına səbəb ev sahibinini yataqda siqaret çəkməsi olub. Faktla bağlı araşdırma aparılır.