Super User
Ağadadaş Ağayeva imperator titulu verildi | Xeyirli axşamlar 25.03.2024
Yaxşı deyək, yaxşı eşidək 26.03.2024
Müğənni Manaf Ağayev və Arzu Qarabağlı ""5 gün" Mikayıl ilə"də 26.03.2024
Tətilin son günü avtovağzallarda sıxlıq...
Bayram tətilinin son günlərində ən çox sıxlıq müşahidə olunan məkanlardan biri də avtovağzallardır. Adi günlərdə adətən sakitliyin hökm sürdüyü Zaqatala Beynəlxalq avtovağzalında da bir neçə gündür ki, canlanma yaşanır. Novruz bayramı ilə əlaqədar 1 həftəlik tətildə rayona üz tutanlar, indi də geri qayıdırlar.
Əsasən Bakı- Zaqatala istiqamətində sərnişin çoxluğu müşahidə olunsa da, Gəncə, Şəki və digər şəhərlərə də gedənlərin sayında artım var. Sərnişinlərin mənzil başına rahat çatmaları üçün Zaqatala-Bakı marşurutu üzrə xəttə əlavə avtobuslar buraxılıb.
Hər yağışda keçilməz hala düşən küçə...
Bura hansısa ucqar kəndin ərazisi deyil, Şəkinin Mübariz İbrahimov küçəsidir. 20-yə yaxın ailənin yaşadığı küçə asfalt üzü görməyib. Bu azmış kimi su-kanalizasiya xəttinin çəkilişi zamanı qazılan yol biraz da yararsız hala düşüb. Sakinllər deyir ki, günü-gündən çökən yol yağış yağdıqda tamamilə keçilməz olur.
Sakinlər deyir ki, yolda maşınlar belə hərəkət etməkdə çətinlik çəkir. Dərsə gedən məktəblilər, işə gedən sakinlərsə küçədən geyimləri təmiz şəkildə keçə bilmirlər. Şəki Şəhər İcra Hakimiyyətindən isə məsələ barədə bildirildi ki, həmin əraziyə baxış keçirilib, müvafiq ölçmə işləri aparılıb, lahiyə-smeta sənədlərinin hazırlanmasına başlanılıb. Vəsait ayrılacağı təqdirdə küçədə asfalt örtüyünün çəkilməsi məsələsinə baxılacaq.
Qeyd edək ki, oxşar vəziyyət Şəkinin əksər daxili küçələrində hökm sürür. Ümid edirik ki, tezliklə vəsait ayrılar və problemin həll istiqamətində işlərə başlanar.
Elgiz Əliyevə görə efirə gəlməyən qonaq kimdir? | Xəbərin Var? 26.03.2024
Peçenyenin tərkibindəki təhlükəli qatqılar | Elə çarə 26.03.2024
Nahida Orucova və Sayqa Cahid ilə Xəlfələr kəndində "Kim var, Kim yox?" dedik 26.03.2024
Səhər dəmi 26.03.2024
Qəbələdə ağacəkmə aksiyası keçirilib...
Qəbələdə Beynəlxalq Meşələr günü münasibətilə ağacəkmə aksiyası keçirilib. 15 saylı Regional Meşə Təsərrüfatı mərkəzinin Seyidqişlaq kəndində təşkil etdiyi aksiyaya şəhid ailələri, qazilər və kənd sakinləri də qoşulub. Ümumilikdə 1 ha ərazidə 3300 ədəd qoz tingi əkilib. Aksiyanın keçirilməsində məqsəd yeni yaşıllıq zolağının salınması və ekoloji tarazlığın qorunmasıdır.