Super User
Şəki məktəblisi Londonda beynəlxalq müsabiqədə birinci yeri qazandı
Şəkinin 13 yaşlı sakini Ayan Əhmədzadə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən "WORLD TALENT AWARD" beynəlxalq müsabiqəsində fortepiano ifası üzrə yüksək nəticə göstərərək, birinci yerə layiq görülüb. Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin 6-cı sinfində təhsil alan Ayan bundan əvvəl də beynəlxalq müsabiqələrin qalibi olub. Qeyd edək ki, Ayan Əhmədzadə həm də Şəki şəhər 8 saylı tam orta məktəbin 7-ci sinif şagirdidir.
Zəncirvari qəzada 4 nəfər xəsarət aldı
Qax rayonunun Güllük kəndi ərazisində baş verən zəncirvari qəzada 4 nəfər xəsarət alıb. 44 yaşlı Eşqin İsmayılovun sükanı arxasında olduğu “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə “Hunday” daha sonra isə “Honda” markalı avtomobilə çırpılıb. Nəticədə “VAZ-2106”nın sürücüsü, Eşqin İsmayılov, sərnişinləri - 43 yaşlı Gülər İsmayılov, 20 yaşlı Qalib İsmayılov, eləcə də “Honda”da olan sərnişin, 30 yaşlı Ayşən Əliyeva xəsarət alıb. Faktla ilə bağlı araşdırma aparılır.

Həm təhlükəli, həm də sahibsiz qalan bina
Şəkidə 10 ildən çoxdur baxımsız vəziyyətdə qalan binaya görə sakinlər qorxa-qorxa yaşayırlar. Köhnə bina ilanların məskəninə çevrilib, hətta həyətlərə də keçir. Bəs, bu binaya sahib çıxan niyə tapılmır?
Qəbələyə etüd turu təşkil olunub
Azərbaycanın dilbər guşələrini rəssamların gözündən və fotoqrafiya sənəti vasitəsi ilə cəmiyyətə tanıtmaq məqsədi ilə tanınmış fotoqraf və rəssamların Qəbələ şəhərinə etüd turu təşkil olunub. Lavanda sahəsinə səfər edən sənətçilər əlvan rənglər və maraqlı kompozisiyalarla Qəbələnin gözəlliklərini təsvir edib və öz təəssüratlarını bizimlə bölüşüblər...