Super User

Super User

Çərşənbə axşamı, 17 May 2022 19:35

Şəhidlərin xatirəsi əbədiləşdirildi...

Şəkinin Aşağı Layısqı kəndində Vətən uğrunda canından keçən 4 şəhidimizin xatirəsi əbədiləşdirilib. Bu məqsədlə kənddə xatirə bulaq kompleksi istifadəyə verilib. Tədbirdə ictimaiyyət nümayəndələri, şəhidlərin yaxınları, qazilər iştirak ediblər. Çıxış edənlər vətən oğullarının qəhrəmanlığından, qorxmazlığından, ordumuzun əzmindən danışıb, şəhidlərlə bağlı xatirələrini bölüşüblər. Vurğulanıb ki, belə fədakar igidlərimizin xatirəsi  heç  zaman unudulmayacaq. Rəsmi hissədən sonra şagirdlərin ifasında vətənpərvəlik ruhunda şeirlər səsləndirilib. 

Çərşənbə axşamı, 17 May 2022 11:04

Otorinolarinqoloq Aynur Hacıyeva "Həkimcanlı"da 17.05.2022

Çərşənbə axşamı, 17 May 2022 07:54

Şirəli Quzu resepti | Yeməli 17.05.2022

Bazar ertəsi, 16 May 2022 19:51

Peşələr festivalına start verildi…

“Öyrən, Əylən, Peşəni seç” devizi ilə keçirilən festivalda iştirakçılara peşələr üzrə inkişaf yolunu tapmaqda dəstək olunacaq. Onlar gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağını öyrənmiş olacaq. Layihə çərcivəsində aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, barista, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vorkşoplar keçirilib. Eskpertlər iştirakçılara düzgün peşə seçimi, işçi qüvvəsinə olan tələblər, eləcə də peşələr haqqında məlumatı əyani şəkildə yoxlamaq fürsəti yaradıb. Növbəti festival 17 may 2022-ci il tarixində, Sumqayıt şəhərində baş tutacaq. Festivalda iştirak ödənişsizdir.

Qaxda “Region gənc müəllimlərinin II şəbəkələşmə forumu” baş tutub. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının region gənc müəllimlərinin bacarıqlarının inkişaf etdirilməsi, şəbəkələşməsi, əməkdaşlığın qurulması məqsədilə təşkil etdiyi forumda Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan gənc müəllimlər iştirak ediblər. Forumun məqsədi və qarşıya qoyulan hədəflər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, “Gənc müəllimlərinin II şəbəkələşmə forumu” Təhsil Nazirliyinin elan etdiyi “2021-2022-ci illərdə Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş “Gənc müəllimlərin inkişaf proqramı” layihəsi çərçivəsində icra olunur. Otuz doqquz rayonu əhatə edəcək forumun aprel-may aylarında 10 mərkəzdə keçirilməsi nəzərdə tutulur. İndiyədək Qax rayonu da daxil olmaqla, 8 mərkəzdə artıq belə forumlar təşkil olunub. Tədbir çərçivəsində Qax şəhər 4 nömrəli tam orta məktəbin şagirdlərinin təqdim etdiyi musiqi nömrələri forum iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sonra forum müxtəlif mövzuda təlimlərlə işini davam etdirib.

Dövlət İmtahan Mərkəzi əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil və ya əlavə tədris dili imtahanı, aprel-may aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirib. Həmçinin eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları da imtahan veriblər.  İmtahanda 14 112 nəfərin iştirakı nəzərdə tutulurdu.  13 nəfər fiziki məhdudiyyətli abituriyent də iştirak edib.  İlkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Bundan əlavə, 1 nəfərin başqasının yerinə imtahana girmək cəhdi də müəyyən olunub və qarşısı alınıb. Əməkdaşlarımız isə prosesi Şəkidə izləyiblər. Şəkidəki imtahanlar zamanı qayda pozuntuları aşkar edilməyib. Yalnız 2 nəfər şəxsiyyət vəsiqəsini gətirmədiyi üçün imtahana buraxılmayıb. Nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Bazar ertəsi, 16 May 2022 10:42

Ostap Bender salatı | Yeməli 16.05.2022

611 -dən səhifə 670

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S