Super User

Super User

Çərşənbə axşamı, 24 May 2022 19:19

Türk dünyasının turizm paytaxtı - Şamaxı

Şamaxı şəhəri 2023-cü il üçün "Türk Dünyasının Turizm Paytaxtı" seçilib. Qərar Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasında qəbul edilib. Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Mirvahid Əzimov bildirib ki, bununla əlaqədar tədbirlər planı hazırlanıb, təsdiq edilməlidir. Bundan başqa, turizmin inkişafı üzrə "Yol Xəritəsi" təsdiq olunub. Qış və qolf turizminin inkişafı üçün isə daha sıx əməkdaşlıq barədə razılığa gəlinib. Həmçinin ekspertlərin işçi qrupunun təsis edilməsi razılaşdırılıb. Türk ölkələrinin ən yaxşı kəndi layihəsinin hazırlanması da nəzərdə tutulub.

Çərşənbə axşamı, 24 May 2022 19:05

Şəhidin xatirəsi əbədiləşdirilib…

44 günlük Vətən müharibəsi şəhidi Yalçın Cavadovun xatirəsini əbədiləşdirmək üçün Şamaxı rayonunun Sabir qəsəbəsində inşa edilmiş xatirə bulaq kompleksinin açılışı olub.  Açılış mərasimində rayon rəsmiləri, din xadimləri, qazilər, şəhidin ailə üzvləri iştirak etdib. Çıxış edənlər Vətən müharibəsində əldə edilən tarixi qələbədən, igid  oğullarımızın qəhrəmanlıqlarından danışıb. Vurğulanıb ki, Vətən müharibəsi başladığı ilk gündən döyüşlərə qatılan Azərbaycan Ordusunun çavuşu Yalçın Cavadov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.  Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. 

Çərşənbə axşamı, 24 May 2022 11:19

Burhan və Gülanə ilə Zaqatalada Kim var, Kim yox?

Çərşənbə axşamı, 24 May 2022 09:38

Tərəvəzli qəlyanaltı | Kəndimiz 71-ci veriliş

Şəki şəhər 10 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi və ANAMA  Mina təhlükəsiziliyi ilə bağlı birgə zona müşavirə-treninqi keçirib. Müşavirədə Təhsil Nazirliyinin və ANAMA-nın, FHN-nin nümayəndələri, bölgənin məktəb direktorları, hərbi hazırlıq müəllimləri, qazilər iştirak ediblər. Tədbirdə ilk öncə mina təhlükəsi və minalar haqqında informativ xarakterli “Təhlükəsiz qayıdışa birgə addımlayaq” adlı və digər video çarxlar nümayiş etdirilib. Çıxış edənlər Vətən müharibəsindən sonrakı dövrdə baş verən faciəvi hadisələrə diqqət çəkib.  Azad edilmiş ərazilərə qanunsuz səfərlərin təhlükəli olması vurğulanıb. Təlim zamanı minaların zərərsizləşdirməsi, partlamamış hərbi sursatlar və vasitələri ilə davranış qaydaları, müvafiq hallarda dərhal Daxili İşlər Nazirliyinin 102 və ya Fövqəladə Hallar Nazirliyinin 112 “Qaynar xətt”lərinə məlumat verilməsinin önəmi vurğulanıb. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Bazar ertəsi, 23 May 2022 20:25

Güclü külək fəsadlara yol açdı...

Zaqatalada günün ikinci yarısında müşahidə edilən qıssamüddətli güclü külək şəhər ərazisində bir sıra fəsadlara yol açıb. Şəhərin Aslan bəy Qardaşov küçəsində yerləşən 9 saylı, ikimərtəbəli yaşayış binasının dam örtüyünün təqribən 10,15 kvm hissəsini yararsız hala salıb. Şəhər ərazisində bir irigövdəli ağac aşıb. Xoşbəxtlikdən qurumuş ağac yaxınlıqdakı heç bir tikiliyə zərər vurmayıb. Əraziyə cəlb edilən aidiyyati qurum əməkdaşları tərəfindən küləyin fəsadları aradan qaldırılır.

Şəkidə isə evlərdən elektrik kabelləri oğurlayan və yeniyetməni müxtəlif vədlərlə cinayətkar fəaliyyətə cəlb edən şəxs saxlanılıb. Rayon sakinləri onlara məxsus yeni tikilməkdə olan evlərdən ümumi dəyəri 3000 manata yaxın olan elektrik kabellərinin oğurlanması barədə polisə müraciət ediblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki sakini İlham Məhərrəmov və bir nəfər yeniyetmə saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, İlham Məhərrəmov dostunun oğlu olan həmin yetkinlik yaşına çatmayan şəxsə müxtəlif vədlər verərək onu da özünə “ortaq” edib. Saxlanılan şəxslər ifadələrində oğurladıqları kabelləri metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. Onların cinayətdə istifadə etdikləri alətlərin bir qismi maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.Məhkəmənin də qərarı ilə İlham Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.

Zaqatala dağlarında itən Hindistan vətəndaşının axtarışları davam edir. İtkin düşən hindistanlı turistin axtarışlarına DİN, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşlarından ibarət hər birində 10 nəfər olmaqla 11 qrup cəlb olunub. Hazırda həmin şəxsin itkin düşdüyü ehtimal edilən çətin relyefə malik dağlıq ərazilərdə axtarış tədbirləri davam etdirilir. Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 29 yaşlı Kondaveeti Manikath adlı şəxsin Zaqatalada olan itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

606 -dən səhifə 670

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S