Super User
Ətli və tərəvəzli şorba | Kəndimiz 73-cü veriliş
Leysan yağışları fəsadlara səbəb olub…
Şəkinin Cəfərabad kəndində məcrasından çıxan Böyük Dəhnə çayı evlərin həyətyanı sahələrini basıb. Eyni zamanda və həyətdə olan köməkçi tikililərə və zirzəmilərə su dolub. Səhər saatlarından müvafiq qurumların nümayəndələri əraziyə cəlb edilib. Mülki Müdafiə qüvvələrinin əməkdaşları həyətyanı sahələrə dolmuş sel sularını nasoslar vasitəsi ilə ərazidən kənarlaşdırıb. Lakin bəzi zirzəmilərə girmək çətin olduğu üçün su qalıb. Sakinlər Böyük Dəhnə çayında qabaqlayıcı tədbirlərin görülməsini istəyir. Onların sözlərinə görə, daşqına səbəb ərazidən keçən körpünün altındakı borudur. Borunun su ötürücülüyü az olduğu üçün hər yağışda daşır. Ərazidə olan Şəki Suvarma sistemləri idarəsinin nümayəndələri də vəziyyətlə tanış olublar. Qurum rəsmisi eyni zamanda məsələdən xəbərdar olan kimi, əraziyə texnika və canlı qüvvə cəlb edilərək problemin aradan qaldırıldığını bildirib. Hazırda Şəkidə yağıntılar davam edir. Vaxtaşırı leysan xarakterli olan yağıntılar Şəkidən keçən digər dağ çaylarında da suyun səviyyəsini artırıb.
Həyətini narkotik plantasiyasına çevirən qadın saxlanıldı...
Balakən Rayon Polis şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində xeyli sayda çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilmiş təxirəsalınmaz əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Nazilə Hüseynova iş başında, yəni çətənə kollarına qulluq edən zaman yaxalanıb. Həyətyanı sahəyə baxış keçirilən zaman tərəvəz bitkiləri becərilən ərazidən 176 ədəd çətənə kolu aşkarlanıb. Nazilə Hüseynova ifadəsində narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərdiyini etiraf edib və onları becərməkdə məqsədinin yetişdirib qurutduqdan sonra satıb, yüksək qazanc əldə etmək olduğunu bildirib. Həmin çətənə kolları qablaşdırılaraq götürülüb və müvafiq ekspertizaya təqdim olunub. Nazilə Hüseynova isə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Şöbə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə yaşadığı evin həyətindəki istixanada külli miqdarda narkotik tərkibli bitkilər kultivasiya edən və narkotik vasitələrin satışı ilə məşğul olan Meşəşambul kənd sakini İsa Gözəlov tutulub. Həmin istixanaya baxış keçirilən zaman oradan ümumi çəkisi 40 kiloqrama yaxın 34 ədəd çətənə kolu və evin çardağında gizlətdiyi 7 kiloqram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şəkidə baş verən qəzada sürücü həyatını itirdi...
Şəkidə isə traktor qəza törədib. Hadisə rayonun Qırxbulaq kəndində baş verib. Belə ki, sahəyə kənd təsərrüfatı işlərini yerinə yetirmək üçün gedən traktor idarəetməni itirib, bu zaman sürücü özünü yola atıb. Sürücüsüz yoluna davam edən traktor divara çırpılaraq dayanıb. Hadisə nəticəsində traktorun sürücüsü, Şəki rayon sakini 67 yaşlı İsə Hüseinov xəsarət alıb. İlkin tibbi yardım göstərilən yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq sürücü dünyasını dəyişib.
Avtomobil dərəyə uçdu...
Bu gün axşam saatlarında Şəki şəhərində yol nəqliyyat hadisəsi baş verib. Belə ki, Şəki şəhəri Salman Mumtaz küçəsi ilə hərəkət edən Toyota markalı avtomobil dönmə manevri edərkən idarəetməni itirərək dərəyə uçub. Hadisə nəticəsində yol kənarındakı maneələrə və avtomobilə zərər dəysə də xoşbəxtlikdən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Hepatoloq Könül Mahmudova "Həkimcanlı"da 25.04.2022
Qızıl balıqlı dadlı resept | Yeməli 25.05.2022
Qədim məzələrimizdən biri alça döyməci | Kəndimiz 72-ci veriliş
Uroloq-androloq Zaur Həmidov "Həkimcanlı"da 24.05.2022
Turizm mövsümü ərəfəsində evlərin qiyməti artıb…
Kirayə evlərin qiymətləri hər zaman tələbata görə dəyişir. Xüsusən də, söhbət turistlərin qaldığı evlərdən gedir. Hazırda yay turizmi ərəfəsində Şəkidə kirayə verilən evlərin qiymətlərində artım müşahidə edilir. Əsasən də, turistləri cəlb edən istirahət bölgələrinə yaxın ərazilərdə yerləşən evlərdə bu artım daha çox özünü birüzə verir. Evlərin alqı-satqısı və kirayəsi ilə məşğul olan mütəxəssislər hazırda Şəkidə kirayə evlərin çox çətin tapıldığını deyirlər. Turistlərlə yanaşı, əksər vətəndaşların da ev almaq əvəzinə kirayədə qalmağa üstünlük verməsi nəticəsində kirayə evlərin sayı xeyli azalıb. Evlərini turistlərə kirayə verən fərdi sahibkarlar da bu il turist sayının çox olacağını hesab edirlər. Ötən illərlə müqayisədə karantin qaydalarının yumşaldılması səbəbindən bölgəyə üz tutacaq yerli və xarici qonaqların sayının nəzərəçarpacaq dərəcədə artacağı gözlənilir. Qiymətlərə gəldikdə isə şəraitə görə dəyişir. Hər bir halda Şəkiyə üz tutacaq çox sayda turistin otellərlə yanaşı, fərdi evlərdə də qalması bölgədəki vətəndaşların maddi vəziyyətinə müsbət təsir edəcəyi danılmazdır.