Super User

Super User

Çərşənbə axşamı, 12 Aprel 2022 10:28

Narkotik alverçisi tutuldu

Zaqatalada metamfetamin alverçisi tutulub. Rayon ərazisində psixotrop maddələrin satışı ilə məşğul olan, əvvəllər bir neçə dəfə məhkum edilmiş şəhər sakini Yusif Həbilov tutulub.
 
Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı ondan sellofan torbada satış məqsədilə üzərində daşıdığı külli miqdarda psixotrop maddə olan metamfetamin aşkarlanıb.
 
Məhkəmənin qərarı ilə Yusif Həbilov barəsində həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

 

 
Çərşənbə axşamı, 12 Aprel 2022 10:03

Kanal S-lə sağlamlıq indi daha əlchatandır

Yüksək keyfiyyətli texnologiya və tibbi xidməti ilə seçilən “Kəpəz” Hospital ilə birgə həyata keçirilən layihə çərçivəsində paytaxtda fəaliyyət göstərən həkimlər, endokrinoloq İlkin Əhmədli, fizioterapevt Gülnar Əhmədli, rinoplastik Kamran İbrahimov, qastroenteroloq Rövşən İbişov və kök hüceyrə mütəxəssisi, plastik cərrah Sevinc Heydərova region sakinlərini elə Kanal S-in binasında qəbul edib, şikayətlərini dinləyib və onları müayinə ediblər. Layihənin keçirilməsində əsas məqsəd, paytaxta getmədən yerli sakinlərin xəstəliklərlə bağlı həkimlərə müraciəti və müayinəsinin əlçatanlığını təmin etmək olub. Müraciət edənlər növbəlilik prinsipinə əsasən həkim müayinəsindən keçiblər. Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 100-ə yaxın pasient peşəkar həkimlərin müayinə və məsləhətlərindən yararlana bilib. 

Çərşənbə axşamı, 12 Aprel 2022 09:41

Şəhidin xatirəsi anılıb...

44 günlük müharibənin qəhrəmanlarından olan polkovnik leytenant Abakar Hacıyevin 43-cü baharını ailəsi, yaxınları şəhidin məzarı başında qeyd elədi. Doğulub boya-başa çatdığı Zaqatalanın Dardoqqaz kəndində torpağa tapşırılan igid el oğlunun məzarı önünə toplaşanlar Abakar Hacıyevin qısa, lakin şərəfli ömür yolundan danışıblar. Bildirildi ki, qorxmazlığı, şücaəti, dəqiqliyi və hərbi peşakarlığı ilə seçilən palkovnik-leytenant həm də sadəliyi, səmimiliyi ilə onu tanıyanların qəlbinə əbədi həkk olunub. Aprel döyüşlərində iştirakçısı olan Abakar Hacıyev müharibənin elə ilk günlərindən hərbi hissə komandiri kimi əsgərləri ilə birgə ön cəbhədə düşmənə qan uddurub. Abakar Hacıyevin Füzulidən başlayan döyüş yolu Xocavəndə qədər davam edib. Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan palkovnik leytenant ölümündən sonra “Azərbaycan bayrağı” ordeni,”Vətən uğrunda “ və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 41 illik ömrünün 24 ilini hərbi fəaliyyətə həsr edən Abakar Hacıyevi cənnətdəki ikinci doğum günündə yaxınları, doğmaları ilə yanaşı, məktəblilər də yad edərək məzarı önünə tər çiçəklər düzüblər. Vətən qəhrəmanının məzarı önündə çıxış edən məktəblilərin ifasında səslənən şeirlər dinləyənləri duyğulandırdı.

Çərşənbə axşamı, 12 Aprel 2022 08:02

İftarda ləzzətli Kələm dolması | Kəndimiz 42-ci veriliş

Şəkidə üç minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ağır xəsarət alıb. Hadisə Şəki şəhərinin Fuad Abdurəhmanov küçəsində baş verib. Hərəkətdə olan, 32 yaşlı Hafiz Əfəndizadənin idarə etdiyi "Niva" markalı minik avtomobili 27 yaşlı Sərxan Xəlilovun idarə etdiyi "Mersedes" markalı minik avtomobili ilə toqquşub. Qəzadan sonra avtomobillər yolun kənarında dayanan Vidadi Əfəndiyevə məxsus "Hundai" markalı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində “Niva”nın sükanı arxasında sıxılmış vəziyyətdə qalan sürücü Hafiz Əfəndizadə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən çıxarılaraq Təcili Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Hafiz Əfəndizadə Şəki Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Bazar ertəsi, 11 Aprel 2022 10:40

Ceyhun Mirzəyev anılıb...

Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdamın Abdal-Gülablı kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirən Mirzəyev təhsilini daha sonra Moskvada davam etdirib. Onun 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. “Görüş” filmində Şıxəlinin oğlu obrazını yaradanda Mirzəyevin cəmi 11 yaşı var idi. Aktyor bir il sonra “Ögey ana”ya dəvət alır. Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, üstəlik rejissor kimi filmlər də lentə alıb.“Mozalan” satirik kinojurnalı üçün süjetlər çəkən və bədii rəhbər kimi çalışan aktyorun həm də güclü parodiya etmək qabiliyyəti olub. Hətta “Mozalan”ın başlığında səslənən vızıltı səsi də ona məxsusdur. Ceyhun Mirzəyevin son çəkildiyi film “Fəryad” olub. Bu ekran işinin premyerasında iştirak etmək ona qismət olmur. Studiyada çəkilişi vaxtı özünü pis hiss edən aktyor evə güclə çatdırılıb.Ceyhun Mirzəyev 1993-cü il martın 5-də ürəktutmasından vəfat edib.Elə "Fəryad"dakı roluna görə Ceyhun Mirzəyev “Humay” mükafatına layiq görülüb.

Bazar ertəsi, 11 Aprel 2022 09:31

Təbii dəmləmə çay | Kəndimiz 41-ci veriliş

612 -dən səhifə 646

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S