Super User

Super User

Hazırda Şəkidə 650-700 arası qeydiyyatda olan narkoloji xəstə var. Bu xəstələr bir zamanlar Narkoloji dispanserdə rahatlıqla müalicə ala bilirdi. Burada tibbi, eyni zamanda da məhkəmə və sərxoşluğa görə ekspertizalar aparılırdı.  Ancaq dispanser bağlandıqdan sonra bir çox xəstə üçün müalicə almaq imkanı sıfıra enib. Xəstələrin əksəriyyəti Şəkidən uzaqda yerləşən dispanserə getməkdən imtina edir.  Bəziləri ağrıları çox olduqda uzaq yola çıxa bilmədiklərini, bəziləri isə maddi baxımdan buna imkanlarının olmadığını deyir. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə bildirildi ki, 2009 -cu ildə səhiyyə sistemində aparılan optimallaşdırılma ilə əlaqədar  Şəki şəhərində yerləşən narkoloji dispanserin fəaliyyəti dayandırılıb. 2020-ci ildən xəstələrə Şəki rayon Rayon Mərkəzi Xəstəxanasının nəzdində yerləşən narkoloji kabinetdə xidmət göstərilir. Bununla belə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda narkoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, narkoloq və tibbi psixoloqların, narkoloji müalicə müəssisələrin sayının artırılması, reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulub. Bununla belə, Şəki və ətraf rayonlarda yaşayan və müalicə almaq istəyən xəstələr region üzrə Mingəçevir Rayonlararası Narkoloji Dispanserinə müraciət edə bilərlər. Odur ki, narkotik asılılığından əziyyət çəkənlər ya uzağa getməli, ya da bir müddət daha gözləməli olacaqlar.

Çərşənbə, 20 Aprel 2022 19:12

Qaxda yol nişanları yenilənib...

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hərəkətin təhlükəsizliyinin artırılması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə şəhər ərazisində müvafiq tədbirlər həyata keçirilib. Təhlükəsizlik tədbirləri çərçivəsində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəqliyyat axınının qaydaya salınmasına xidmət edən nişanlanma xətləri, rəngi solmuş piyada keçidləri yenilənərək istifadəyə verilib. Həmçinin, zərurət olan yerlərdə, xüsusilə də təhsil müəssisələrinin qarşısında yeni xəbərdaredici nişanlar qoyulub.

Dan yeri sökülmədən, sükutun pozulması ilə Qumral xanımın bu saatda yuxudan ayılmasına səbəb iş yerinə vaxtında çatmaq istəyidir. İsmayıllının şəhər mərkəzindən xeyli aralıda yerləşən Mollaisaqli kəndində yaşayan Bakı şəhər sakini Qumral Məmmədli ötən ilin Payızında şagirdlərə elm aşılmaq üçün paytaxtdan bura üz tutub. Səhər saatlarında kəndin dolaylı küçələrindən keçərək məktəbə gələn müəlim, sinfə daxil olarkən şagirdlərini bele salamlayır. Bakı Dövlət Universitetinin Filologiya fakültəsi, xarici dil müəllimliyi ixtisası üzrə bakalavr, Azərbaycan Dillər Universitetində magistr səviyyəsi üzrə təhsil alan gənc müəllim ilk pedaqoji fəaliyyətinə paytaxt Bakıda başlasa da daha sonra ucqar kənddə işləməyə qərar verib. Bu qərarı onu istəyinə bir addım da yaxınlaşdırıb. Peşəsinin müqəddəsliyini anlayan müəllim üçün harada dərs deməyin əhəmiyyəti yoxdur. Yetər ki, onun biliyindən kimsə faydalansın deyir, Qumral müəllim...

İşini və şagirdlərini sevən müəllim sinifdə dərslərini həvəslə, bir qədər fərqli üsulla keçir. Məhz bu istək onu şagirdləri ilə daha da doğmalaşdırıb. Peşəsinin vurğunu olan qəhrəmanımız dərs saatını tamamladıqdan sonra kənd ərazisindəki qaldığı evə uz tutur.Paytaxtda doğulub boya başa çatsa da kənd həyatına da uyğunlaşdığını deyən Qumral xanım ev heyvanlarına xüsüsi diqqət göstərir. Günün ikinci yarısında Qumral müəllim məktəbdən əlavə hazırlaşmaq üçün onun yanına üz tutan şagirdlərə vaxtını ayırır. Özü də bu işi təmanasiz edir. Məktəblilərlə hazırlıq prosesi axşam saatlarına qədər davam edir. Bununla da gününə yekun vuran müəllim, növbəti gün dan yeri sökülmədən, sükutun pozulması ilə oyanmaq üçün otağına çəkilir.

Çərşənbə, 20 Aprel 2022 12:17

Hacı Dayının Nəvələri 23-cü Bölüm

Çərşənbə, 20 Aprel 2022 11:30

"Dana bel" resepti | Yeməli 35-ci veriliş

Çərşənbə axşamı, 19 Aprel 2022 20:16

Sahibsiz heyvanları sahiblənənlər...

Sahibsiz heyvanların sayı günbəgün çoxalmaqda davam edir. Xüsusi sevgi və qayğıya möhtac olan bu canlıların baxımı və sağlamlığına diqqət etmək olduqca vacibdir. Lakin ölkəmizdə heyvanların sağlamlıq mərkəzləri olmamasından bir çox heyvansevər əziyyət çəkir. Xüsusən də regionlarda... 

Sığınacaqda qayğı göstərilən itlərin böyük əksəriyyəti Zaqataladan gətirilən xəstə və yaralı heyvanlar olsa da, burada Şirvan şəhərindən və digər uzaq rayon və şəhərlərdən gətirilən heyvanlar da var. 11 aya yaxındır ki, itləri saxladıqları məkanın icarə haqqını və gündəlik qidalarını digər yardımsevərlərin də dəstəyi ilə qarşılayan gənclərin əsas çətinliyi ayrıca özlərinə məxsus məkanın olmamasıdır. Belə ki, indi yerləşdikləri məkan yaşayışın sıx olduğu və mərkəzə yaxın ərazi olduğundan itlərin səs-küyü yaxınlıqda yaşayan sakinlərin narazılığına səbəb olur. Heyvansevərlər indi itləri üçün yeni, bir qədər kənar ərazi axtarışındadırlar. Dıgər tərəfdən isə, nəinki rayonda, hətta bölgədə itlər üçün ixtisaslaşmış ayrıca baytar həkimlərin və müalicə mərkəzlərinin olmaması səbəbi ilə yaralı və xəstə itlər müalicə üçün hər dəfə Paytaxt Bakı şəhərinə aparılır. Bu isə öz növbəsində heyvansevərin işini çətinləşdirməklə yanaşı, xeyli əlavə vəsit tələb edir. Bu itlərin əksəriyyətinin əvvəllər sahibi olub, təəssüf ki, it xəstə olduğundan, ya da başqa səbəblə sahibləri onları tərk edib. Uzun müddət küçələrdə yaşamağa məhkum edilən bu canlılar, hazırda heyvansevər tərəfindən sahiblənilib. Rayon baytarlıq idarəsi tərəfindən küçə itləri və ev itləri mütəmadi olaraq peyvənd olunsa da bu sahibsiz heyvanların yalnız quduzlaşmamasına xidmət edir. Küçələrdə günü-gündən artan sahibsiz heyvanların azalması üçün hər bir bölgədə kütləvi şəkildə qısırlaşdırmanın həyata keçirilməsi vacibdir.

652 -dən səhifə 693

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S