Super User
Piyada keçidləri bərpa edilir...
Ötən həftə sonu Kanal S Xəbərdə Şəkinin küçələrində piyada xətlərinin silinməsi, bəzi yollarda ümumiyyətlə olmaması ilə bağlı material yayımlamışdıq. Artıq bu gündən etibarən Şəkinin küçə və prospektlərində xətləmə işlərinə start verilib. Xətlərin silindiyi və ya tanınmaz halda olduğu küçələrdə yeni xətlər çəkilir, nişanlar bərpa edilir. Yolların nişanlanması ilə məşğul olan Şəki 4 saylı Siqnal idarəsindən bildirilib ki, küçələrdə xətləmə işlərinin yubanmasına səbəb qurumda rəhbərliyin dəyişməsidir. Siqnal idarəsinin məlumatına görə, piyada keçidlərinə ehtiyac duyulan küçələrdə nişanlama xətlərinin aparılması üçün vətəndaşlar ilk öncə Şəki Baş DYP Bölməsinə müracəit etməlidirlər. Bölmə razılıq verdikdən sonra xətləmə işləri Siqnal idarəsi tərəfindən həyata keçirilir.
Mağazalardan oğurluq edən dəstə üzvləri tutulub...
Ağsuda bir neçə rayonda mağazalardan oğurluq edən dəstə üzvləri tutulub. Hacısəmədli və Muradlı kəndlərində yerləşən iki mağazanın sahibi onlara məxsus obyektlərdən ümumi dəyəri 3 000 manat olan tütün məmulatları, spirtli içkilər, qadın geyimləri və ərzaq məhsullarının oğurlanması barədə polisə məlumat veriblər. Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən oğurluqları törətməkdə şübhəli bilinən dəstə üzvləri, əvvəllər də məhkum olunmuş -Ağsu rayon sakini Sərxan Hüseynov, Şəki şəhər sakinləri Nicat Quliyev və Elvin Dursunəliyev, Balakən rayon sakini Tofiq Hacıyev, eləcə də Ağdaş şəhər sakini Rövşən Qasımov tutulublar. Onlar cinayət əməllərini etiraf ediblər və birgə oğurladıqlarını sataraq öz aralarında böldüklərini bildiriblər. Aparılan araşdırmalar zamanı saxlanılan şəxslərin Ağdaş rayonu ərazisində yerləşən mağazadan da oğurluq etdikləri müəyyən edilib. Faktlarla bağlı cinayət işi başlanılıb, dəstə üzvlərinin digər rayonlarda da analoji cinayətlər törətdikləri istisna olunmur. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Uroloq-androloq, cərrah Anar Məmmədov "Həkimcanlı"da 25.04.2022
Ekoloji terror! | Zamanında 25.04.2022
Bol narlı, soğanlı, şabalıdlı can əti | Yeməli 38-ci veriliş
Hacı Dayının Nəvələri 26-cı Bölüm
Azərbaycanın milli mətbəxindən olan bozbaşın hazırlanması | Kəndimiz 51-ci veriliş
Uşaqlıq boynu xərçənginin inkişafına səbəb olan faktorlar | Doktor Mən 24.04.2022
Türkiyənin ən qədim şəhəri - Ərzurum | Bəlkə
Fermerlərlə görüş keçirilib...
Fermerlərə yaz aylarında aparılacaq mübarizə tədbirlərinin növləri və səmərəli yolları göstərilib. Bildirilib ki, hazırda ən çox problem alaq otları və gəmiricilərdir. Bu istiqamətdə düzgün formada aparılmayan mübarizə taxıl sahəsini məhv edə bilər. Həmçinin hazırda daha çox sahədə əkin aparmaq əvəzinə daha məhsuldar sortların yetişdirilməsinin önəminə diqqət çəkilib. Əkin prosesi düzgün aparılmayan sahələrdə fermerlərə yol verdikləri qüsurlar izah edilib. Bunun məhsuldarlığa təsirini göstərəcəyi vurğulanıb. Rusiyadan idxal edilən bəzi gübrə növləri və qatqılarının ölkəyə gətirilməsində müəyyən çətinliklər yarandığından fermerlərə alternativ variantlar təklif edilib. Sonda sahələrdə mövsümü xəstəliklərə qarşı dərmanlama prosesinə start verilib.