Super User

Super User

Çərşənbə, 02 Mart 2022 19:47

Üzgüçülük üzrə rayon turniri keçirilib...

Balakən Rayon Olimpiya İdman Komplekində yeniyetmələr arasında üzgüçülük üzrə rayon turniri keçirilib. "5 mart Bədən Tərbiyəsi və İdman günü" ilə bağlı təşkil edilən turnirdə 16 yeniyetmə iştirak edib. 50 metr məsafə üzrə keçirilən yarışın yekun nəticələrinə görə Turan Paçalov birinci yerə, İrakli Rəhimov ikinci yerə, Fərid Hüseynov isə üçüncü yerə layiq görülüb. Yarışın keçirilməsində əsas məqsəd, yeniyetmələr arasında bacarıqlı üzgüçüləri üzə çıxarmaq və onların asudə vaxtının daha səmərəli təşkili ilə yanaşı, həm də rayonda bu idman növünə marağın artırılmasıdır.

Şamaxıda mavi yanacağın verilişində problem olan ərazilərdə lazımi işlər görülməklə qaz təminatı yaxşılaşdırılır. Rayonun Şəhriyar qəsəbəsində torpaqla təmasda olduğu üçün korroziya səbəbindən yaranmış qaz sızmalarının qarşısının alınması məqsədilə qəsəbənin qaz təchizatı şəbəkəsi yenidən qurulur. Azəriqaz İB nin Təmir Tikinti İdarəsi tərəfindən 9200 metrə yaxın müxtəlif diametrli qaz xətlərinin tikintisi başa çatdırılaraq istismara verilib, uzunluğu 1600 metr olan qaz xəttinin tikintisi isə tamamlanmaq üzrədir. Eyni zamanda ərazidəki mənzillərin sayğacları tikinti norma və qaydalarına uyğun yeni xəttin üzərinə qoşulub, mövcud qaz sızmalarının qarşısı alınıb. Qəsəbə ərazisində ümumilikdə 650 əhali abonentinin qaz təminatı yaxşılaşdırılacaq. Şamaxı Çuxuryurd qəsəbəsində isə kiçik diametrli borulardan istifadə olunduğu üçün qazın verilişində yaranan problemlər aradan qaldırılır.  

Çərşənbə, 02 Mart 2022 09:26

Hacı Dayının Nəvələri 13-cü Bölüm

Çərşənbə axşamı, 01 Mart 2022 19:56

Elektron qolbaq daşıyan məhkum yenidən saxlanıldı...

İsmayıllı rayonunda ötən ilin noyabr ayından cari ilin yanvar-fevral aylarınadək olan müddət ərzində 9 evdən oğurluq edilib. Polis Şöbəsinə müraciət edən zərərçəkənlər onlara məxsus evlərdən ümumi dəyəri 7000 manatdan artıq olan müxtəlif məişət əşyaları, elektrik kabelləri, su qızdırıcları və təmir-tikinti alətlərinin oğurlandığını bildiriblər. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən rayon sakinləri- Rəsul Bəbirov və 2020-ci ildə törətdiyi oğurluğa görə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunmuş Samir Əsədli tutulub. Onlar əməllərini etiraf edib və oğurladıqları əşyaları dəyərindən ucuz qiymətə rayon ərazisində ayrı-ayrı şəxslərə satdıqlarını bildiriblər.

Çərşənbə axşamı, 01 Mart 2022 13:31

Sonsuzluğa aparan yol! | Həkimcanlı 28.02.2022

647 -dən səhifə 660

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S