Super User
Kanal S - 14 ildir Sizdəyik!
“Kanal S” – bu söz özündə o qədər doğmalıq, mehribanlıq, bir çox isti duyğular və hislər intibah edir ki, bunları sözlərlə ifadə etmək çox çətindir. Bəli bu gün “Kanal S”-in 14 yaşı bitir. 14 il boyu tamaşaçılarımızın bizə sadiq qaldığı kimi, biz də olara sadiq qalaraq dayanmadan, yorulmadan uzun yol qət etdik...
Keçən illər “Kanal S”in daha da püxtələşməsinə və peşəkarlıq səviyyəsinin artmasına səbəb olub. 2008-ci ilin soyuq dekabrında ilk dəfə dünyaya gözünü açan “Kanal S” qısa zamanda öz ayaqları üstə durmağı bacarmışdı. Ancaq bu sadəcə başlanğıc idi. Çünki irəlidə hələ fəth ediləsi necə zirvələr yeni yeriməyə başlayan televiziyanı gözləyirdi.
Bu gün isə rahatlıqla “Kanal S”in artıq bir çox zirvəni geridə qoyduğunu deyə bilərik. 2022-ci ilin yanvarından isə “Kanal S” daha bir zirvəni fəth etdi. Peykə çıxan Azərbaycanın ilk bölgə kanalı olmağı bacardı. Bəli, artıq bizi dünyanın istənilən nöqtəsində izləyə bilirsiniz. Bu gün biz sizə bütün bu uğurların arxasında durmadan çalışan, əzm göstərən, əksər vaxt kölgədə qalan və tamaşaçıların tanımadığı “Kanal S”-in gizli gücündən, onu hərəkətə gətirən və irəliyə aparanlardan danışmaq istəyirik.
Şagirdlərin daha səmərəli öyrənməsini təmin edən layihəyə start verilib...
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Vİ qrant müsabiqəsi qalibi olan “Yenilənən məktəb modelləri üçün müəllimin aktiv öyrənmə strategiyası “adlı layihənin Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində əyani təlimlərinə start verilib. Layihənin təlimlərinə Şamaxı rayonu üzrə 42 müəllim cəlb olunub. Təlimçilər Türkiyənin MEF Universiteti ilə ADPU nun müəllimləri dəvət olunub. İlk olaraq layihə müdavimlərinə Mef universitetinin professor müəllim heyəti onlayn olaraq 12 təlim veriblər. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimləri Sabir qəsəbə tam orta məktəbinə dəvət edilərək əyani olaraq 4 modul üzrə aparılan təlimlərə başlayıblar. Qeyd olunub ki, bu tip təlimlərin region müəllimləri üçün davamlı aparılması müəllim fəaliyyətini daha da aktivləşdirir, şagirdlərin daha səmərəli və sərbəst öyrənməsini təmin edir. Qeyd edək ki,təlimi ugurla bitirən müəllimlər sertifikatla təltif olunacaq.
Şəhid və qazi övladları üçün yeni il şənliyi təşkil olunub... | Kanal S Xəbər
Şəki Dövlət Dram Teatrında şəhid və qazi övladları üçün yeni il şənliyi təşkil olunub. Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə idarə və təşkilatların nümayəndələri, şəhid və qazi övladları iştirak ediblər. Tədbirdə Həmrəylik gününün xalqımızın birliyinin simvolu olduğu vurğulanıb.
Qeyd olunub ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd canlarını torpaq uğrunda qurban verən şəhidlərimizin övladlarına diqqətdir. Dram Teatrın gənc heyəti tərəfindən "Əsl Şaxta baba" tamaşası körpələr üçün nümayiş olunub. Şaxta baba və Qarqızın yeni il şənliyinə gəlişi uşaqlar tərəfindən böyük coşquyla qarşılanıb. Ardınca uşaqlara bayram hədiyyəsi təqdim edilib.
Nahara az qala - Kartof qutabı 28.12.2022
Narkotik satışı ilə məşğul olan şəxs tutulub...
Rövşən Civişov və Kəmalə Nəsibova "Nahara az qala"da 27.12.2022
Xeyirli axşamlar - Zemfira Əlişqızı və Nazpəri Dostəliyeva ilə tam səmimi 26.12.2022
Həkimcanlı - Uzman ürək-damar cərrahı, fleboloq Özgür Kocamaz - Ürək xəstəlikləri 26.12.2022
Karate birinciliyi keçirilib...
Şəkidə Milli Karate federasiyasının "Şuşa ili"nə həsr olunan açıq birinciliyi baş tutub. Yarışda Şəki rayonundan olan 6 yaşdan 17 yaşadək olan 55 nəfər gənc karateçi fəxri yerlər uğrunda mübarizə aparıb. Bildirilib ki, birincilikdə fərqlənən idmançılar gələn ay Bakıda keçirələcək "20 Yanvar" şəhidlərinin xatirəsinə həsr olunan karate üzrə beynəlxalq turnirdə Şəki karate yığma komandasının tərkibində iştirak etmək hüququ qazanacaqlar. Yarışın sonunda fəxri yerlərə laiq görülən idmançılar və onların məşqçiləri medallar, diplomlarla təltif ediliblər.
Şəhidin xatirəsi anıldı...
Şəkinin Qoxmuq kəndində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlardan biri olan Taleh Daşdəmirovun anım tədbiri təşkil edilib. Tədbirdə şəhidin yaxınları, kənd sakinləri, döyüş yoldaşları və icra hakimiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər Talehin qorxmazlığından igidliyindən, qayğıkeşliyindən danışıblar. Vətən müharibəsinə könüllü yollanan Taleh döyüşlərdə cəsarəti, şücaəti ilə fərqlənib, döyüş yoldaşlarının rəğbətini qazanıb. Müharibə zamanı anasına zəng edərək "Şuşanı azad etməyə gedirəm" deyən Taleh arzusuna çatır. Şuşada gedən qızğın döyüşlərdə iştirak edərək, noyabrın 8-də şəhadətə yüksəlir, uzun müddət nəşi tapılmır. Taleh Daşdəmirov 25 dekabrda ata-baba yurdunda torpağa tapşırılıb.