Super User
Şamaxı yeni ilə hazırdır…
Şamaxı Yeni ili qarşılamağa hazırdır... Şəhər Yeni ilin simvoluna çevrilmiş müxtəlif aksessuarlarla bəzədilib. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Şamaxı rayonunda icra hakimiyyəti tərəfindən rayonun parkı, meydan və küçələrinin bəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqların və digər bəzəklərin quraşdırılması, eləcə də təmizlik işləri həyata keçirilib. 28 metr hündürlüyündə olan şam ağacı rayonun girişində qurulub. Görülən işlər yerli əhali ilə yanaşı, rayona gələn qonaqların da marağına səbəb olub. Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayon ərazisində keçən hissəsində quraşdırılan Yeni il atributları, işıqlı çilçıraqlar yoldan keçənləri belə ayaq saxlamağa vadar edir. Magistraldan yolu keçən hər 3 avtomobildən ikisi bu ərazidə dayanır, mənzərəni seyr edir. Yeni salınmış dairəvi yol ətrafında və Heydər Əliyev Parkında da müasir işıqlandırma sistemləri tətbiq olunmaqla Yeni il atributları və müxtəlif dizaynda bəzədilmiş əyləncəli qurğular quraşdırılıb. Və hündürlüyü 15 metr olan şam ağacı qurulub.
Nahara az qala - Çox dadlı kartof kotleti 23.12.2022
Həkimcanlı - Skolioz xəstəliyi nədir, əlamətləri və müalicəsi 24.12.2022
Oğru təhlükəsizlik kamerasına yaxalandı…
Oğuz şəhəri ərazisində yerləşən kompüter təmiri məntəqəsindən oğurluq edilməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan 1500 manat pul oğurlayıb. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Elçin Mahmudov saxlanılıb. O, ifadəsində əməlini etiraf edib və oğurladığı pulu xərclədiyini bildirib. Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Şagirdlərin əl işlərinin sərgi-satış yarmarkası keçirilib…
Şəki şəhər 17 saylı orta məktəbdə gözəl bir təşəbbüsə imza atılıb. Belə ki, Yeni il və Dünya Azərbaycanlılarının həmrəyliyi bayramları münasibətilə məktəbin peşə təmayüllü siniflərinin sərgi - satış yarmarkası təşkil edilib. Yarmarkada Regional Təhsil idarəsinin, Peşə mərkəzinin, Əlillərin Regional Bərpa mərkəzinin əməkdaşları və valideynlər iştirak ediblər. Qonaqlar peşə təmayüllü siniflərin hazırladıqları müxtəlif növ əl işləri, geyimlər, Şəki mətbəxindən kulinariya nümunələri ilə tanış olublar və bəyəndikləri məhsulları alıblar. Bildirilib ki, sərgi - satış yarmarkasının keçirilməsində məqsəd şagirdlərin peşə bacarıqlarını nümayiş etdirməkdir. Satışdan əldə olunan gəlir isə şəhid ailəsindən olan uşaqlara hədiyyə almaq üçün sərf olunacaq. Xatırladaq ki, 17 saylı orta məktəb Şəki rayonu üzrə yeganə peşə təmayüllü məktəb kimi fəaliyyət göstərir, həmçinin burda STEAM metodologiyası tətbiq edilir.
Eldən Çölə komandası Xaldanda 23.12.2022
Çevrəmiz - Ailə sirrində nələr qorunmalıdır? 23.12.2022
Həkimcanlı - Fizioterapevt Sənan Cəfərov 22.12.20222
Fantastik “Yeni il” qiymətləri…
Yeni ili yaddaqalan keçirmək üçün insanların ən çox üz tutduqları yer şimal-qərb bölgəsidir. Qış turizminin ən çox inkişaf etdiyi Qəbələdə otellər artıq yeni il üçün tam hazırdır. Ən çox tələbat da burdakı istirahət mərkəzlərinədir. Demək olar artıq yeni il üçün bütün yerlər bron edilib. Məlum məsələdir ki, hər il sözügedən istirahət mərkəzlərində qiymətlər adi günlərlə müqayisədə bayramqabağı qat-qat baha olur. Qəbələdə yeni ili qarşılamaq qonaqlara təqribən 5000 manatadək gedib çıxır . Bura dekabrın 30-dan yanvarın 4-dək gecələmək, gündə iki dəfə yemək və Yeni ili möhtəşəm qeyd etmək daxildir. Şamaxıda da yeni ili qeyd etmək istəyənlər üçün müxtəlif əyləncələr nəzərdə tutulub. Burda da qiymətlər digər günlərlə müqayisədə nəzərçarpacaq dərəcədə artıb. Yeni il paketlərinin qiyməti isə hətta 7000 manatadək gedib çıxır. Təkliflər gündə 3 dəfə qidalanma və yeni il şənliyi daxil 3-4 günlükdür. Şəkidə də bayram üçün xüsusi şou praqramlar hazırlanıb. Artıq istirahət məkanlarında yer tapmaq müşkül məsələyə çevrilib. Şəkidə yerləşən otellərdə bayram paketləri digər turizm bölgələri ilə müqayisədə daha ucuzdur. Belə ki, yeni ili burda qarşılamaq istəyənlər üçün qiymətlər 300 manatla 4000 manat arasında dəyişir. Ekspertlər deyirlər, quru sərhədlər bağlı olduğuna görə xaricə səfər etmək istəyənlər mütləq hava yolundan istifadə etməlidirlər. Bu da çox xərc tələb edir. Bu səbəbdən də əhalinin əksəriyyəti elə öz regionlarımıza üz tutur. Yeni ilə 1-2 ay qalmış turizm şirkətləri və otellər bazara təklif çıxarır. Və tələb-təklif əsasında bazarda qiymət formalaşır. Hər hansı dövlət qurumu isə qiymətlərə nəzarət etmir. Şaxta baba demiş qarlı dağlar aşmaq, çox yerlər dolaşmaq üçün əliniz də gərək cibinizdə olsun.