Super User

Super User

Cümə, 26 Aprel 2024 06:51

Səhər dəmi 26.04.2024

Cümə axşamı, 25 Aprel 2024 11:38

Eşitməyən qalmasın 25.04.2024

Cümə axşamı, 25 Aprel 2024 06:54

Səhər dəmi 25.04.2024

Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş tutan tədbirdə əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub. Ardınca çıxış edənlər dünya səviyyəli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycanın tərəqqisi yolunda, gənclərimizin əsl vətəndaş kimi formalaşmasında, sağlam düşüncəli yeni nəslin yetişdirilməsində əvəzsiz xidmətlərindən danışıblar.

Azərbaycanın yeni tarixinin bütün uğurlarının Yeni Azərbaycan Partiyasının banisi, Müstəqil Azərbaycan Respublikasının qurucusu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb. Sonda partiyaya qəbul olunmuş yeni üzvlərə üzvlük vəsiqələri təqdim edilib.

Çərşənbə, 24 Aprel 2024 14:21

Əyriçayda qadın meyiti aşkarlanıb...

Aprelin 19-da itkin düşən Şəki rayonu Cumakənd kənd sakini 64 yaşlı Çimnaz Mikayılovanın meyiti Əyriçayda aşkarlanıb. Meyit Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən sudan çıxarılıb və hadisə yerinə cəlb edilmiş Təcili Tibi Yardım briqadasına təhvil verilib. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

244 -dən səhifə 599

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S