Super User

Super User

Cümə, 17 May 2024 18:17

Qeyri-sabit havanın fəsadları

Şəkidə “Uşaqların inkişafı – uğurlu gələcəyin təminatı” mövzusunda təlim keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "Azərbaycan Uşaqlarının İnkişaf Platforması" İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Uşaqdan-uşağa” layihəsi çərçivəsində baş tutan tədbirdə Uşaq Səfirlər Məclisinin Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ rayonları üzrə regional nümayəndələri və fəalları üçün təlim proqramı təşkil edilib.

Təlimin keçirilməsində əsas məqsəd uşaqlara inkişaf hüquqlarının təmin edilməsində təşəbbüs irəli sürmək, iştirakçılıq bacarıqlarının formalaşdırılması üçün şərait yaratmaq, eyni zamanda uşaqlarda komanda ilə işləmək bacarıqlarını inkişaf etdirməkdir. Sonda uşaqlara fəal iştiraklarına görə sertifikatlar təqdim edilib.

Şəki şəhərində 18-ci rayon Tolstoy küçəsində torpaq sürüşməsi qeydə alınıb. Uzunluğu 36m, hündürlüyü 5 metr olan torpaq sahəsi çöküb. Sürüşmədən sonra ərazidəki evlər üçün təhlükəli vəziyyət yaranıb.

Evlərin divarlarında iri çatlar əmələ gəlib , dəmir dirəklər havada qalıb. Evlərin uçmasından ehtiyyat edən sakinlər deyir ki, ərazidə aktiv sürüşmə 2015 –ci ildəki zəlzələdən sonra başlayıb. Son günlər aramsız yağan yağışlar sürüşməni daha da intensivləşdirib.

Sakinlər deyir ki, 2022-ci ildə aidiyyatı orqanların nümayəndələri yaranmış vəziyyətlə bağlı sözügedən əraziyə baxış keçiriblər. Sürüşən torpaq qatının qarşısını almaq üçün qoruyucu divar çəkiləcəyi vəd olunub. Amma bu istiqamətdə heç bir iş görülməyib.

Yağıntılı havaların davam etməsi ərazidə növbəti torpaq sürüşməsi ehtimalını da artırır . Qısa zaman ərzində tədbirlər görülməsə hər an faciəyə yaşana bilər.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Şəki rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki kuboku 2024” turnirinin bağlanış mərasimi keçirilib.

Turnirin əsas mükafatı olan kuboku Şəki Şəhər İcra Hakimiyyətinin komandası sahiblənib. Qalib komanda eləcə də 2 və 3-cü yeri tutan komandalar medal və diplomlarla mükafatlandırılıb. Qeyd edək ki, turnirdə ümumilikdə 24 komanda mübarizə aparıb.

240 -dən səhifə 614

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S