Super User
Elşad Qarayev, Qumral və Ruslan Əbilov ""5 gün" Mikayıl ilə"də 01.05.2024
Şamaxı çölləri al lalələrə bürünüb...
Bu yaz yenə Şamaxı çölləri al lalələrə bürünüb. Mülayim yaz havasında yaşılığın arasında qızaran lalə çiçəkləri sahələri cənginə alıb.. Ətrafı əsrarəngiz gözəlliyə qərq edən bu görüntüyə yoldan keçən insanlar da laqeyd qala bilmirlər.
Sinəsi laləli taxıl sahəsi son günlər hamının ayaq saxlayıb, şəkil çəkdirdiyi məkana çevrilib. Göz oxşayan, könül rahatladan bu mənzərəni seyr etdikcə insan ana təbiətin gözəlliyindən zövq alır. Və elə bu anda “Lalələr” mahnısı yada düşür...
Oğuzda silahlı şəxs saxlanılıb...
Oğuzda qonşular arasında baş vermiş mübahisə zamanı biri digərinə odlu silahla hədə-qorxu gəlib. Polis əməkdaşları mübahisə edən tərəflərdən biri olan 50 yaşlı Rəşad Manafovu saxlayıb. Onun yaşadığı evdən 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng aşkarlanıb.
Rəşad Manafov silahı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.