16 yaşlı Asiman Mirzəliyev İsmayıllı rayonun Göytəpə kəndinin gənc həm d də intellektual sakinlərindən biridir. Hazırda İsmayıllı şəhəri Natiq Mehdiyev adına 6 nömrəli tam orta məktəbin 11 sinifində oxuyan məktəblinin istəkləri çox, hədəfləri isə böyükdür. İndiyə kimi qatılığı bütün müsabiqələrdə qaliblər sırasında olan müsahibimiz sonuncu dəfə Elm və Təhsil Nazirliyin Əlaçı layihəsində rekorda imza atıb. Əldə etdiyi bu uğurlar göstərir ki, Asiman məktəb illərində gözlərinin nurunu hədər yerə xərcləməyib. Bu yarışın qalıbi olacağıma insansam da rekordçusu olmağım ağlıma gəlməzdi deyir Asiman Mirzəliyev. Bu uğuruna özü qədər valideyinlərinin, müəllim vəsinif yoldaşlarının sevinməsi qəhrəmanımızı daha da ruhlandırıb. Qazandığı uğurları ilə hər kəsi sevindirən və qururlandıran məktəbli buraxılış və qəbul imtahanlarında da ən yüksək nəticə əldə etmək niyyətindir. Hazırda əsas hədəfi ali təhsil alaraq gələcəkdə dünyanın ən güclü proqramisti olmaqdır. Asimnaın təhsil aldığı orta məktəbin də uğurları tək onunla yekunlaşmır. Xatırladaq ki, “Yeniləşən Azərbaycana,Yeni Məktəb“layihəsi çərçivəsində inşa edilən orta məktəbdə şagirdlərin rahat təhsil alması üçün bütün şərait yaradılıb. Asiman Mirzəliyev kimi digər şagirdlərə isə üzərlərinə düşən məsuliyyət və öhdəliyi dərk etmək və dərslərinə ciddi yanaşaraq gələcəkdə ölkəmizin uğurları üçün tövhə vermək qalır.