Bazar ertəsi, 14 Mart 2022 19:35

Obyekt və evlərdən oğurluq edən şəxs həbs olundu...

Şəki şəhərindən yerləşən “Playstation” oyun zalından oğurluq edilib. Polis Şöbəsinə müraciət edən zərərçəkən şəxs obyektdən 700 manat dəyərində televizorun oğurlandığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də məhkum olunmuş İlyas Nüybərov saxlanılıb. Araşdırmalar zamanı onun daha iki evdən televizor və təmir-tikinti alətləri, eləcə də tanışı ilə birgə Şəki şəhəri ərazisində yerləşən şirniyyat mağazasından pul oğurladığı da müəyyən edilib. Onun oğurladığı televizorlardan biri, eləcə də cinayətdə istifadə etdiyi alətlər və maska maddi sübut kimi götürülərək istintaqa təqdim edilib. Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə İlyas Nüybərov barəsində həbs qətimkan tədbiri seçilib.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S