Bazar ertəsi, 14 Mart 2022 19:29

Turizm bölgələri turist axını arzusundadır...

Son illər pandemiya səbəbindən turizm sahəsi tənəzzül dövrünü yaşadı. Ancaq hazırda, xüsusilə də Novruz bayramı günlərində daxili turizmdə canlanma müşahidə olunacağı proqnozlaşdırılır. Vətəndaşlar tətil planları qurur, turizm bölgələri isə turist axını arzusundadır.   

Sərhədlər bağlandıqdan sonra ölkəyə gələn xarici turistlər və xaricə gedən yerli turistlər arasında nisbət dəyişib. Belə ki, pandemiyanın yaratdığı məhdudiyyətlər daxili turizm bazarına tələbatı artırıb. Yerli turistlərin ən çox üz tutduğu bölgələrdən biri də Şəki-Qəbələ zonasıdır. Bayram tətilini fürsət bilib bölgələrdə tətil planları quranlar artıq qalacağı otellərdə yer bron edib. Demək olar ki, yerlərin 80 faizi dolub.  O ki, qaldı xarici turistlərə... quru sərhədlərinin bağlı olması, eləcə də pandemiya səbəbindən məhdudiyyətlərin daha az olduğu ölkələrə turistlərin maraq göstərməsi xarici turist sayına öz təsirini göstərib. Bayramı xaricdə keçirmək istəyənlərin də sayı az deyil. Ölkə vətəndaşlarınınxaricdə istirahət üçün seçdikləri əsas ölkələr Türkiyə və Gürcüstandır.  Turizm axının artırılması üçün əsas götürüləcək hədəflərdən biri də qiymət və göstərilən xidmətin keyfiyyətidir. Bu istiqamətdə aparılacaq işlər bölgələrdə turizmin inkişafına böyük dəstək ola bilər.  

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S