Super User

Super User

Cümə, 09 Sentyabr 2022 13:00

Qaxda “Sağlam bədəndə sağlam ruh”

Qax Olimpiya İdman Kompleksində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə gənclər arasında “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross qaçışı və turnikdə dartınma növləri üzrə respublika yarışlarının rayon mərhələsi keçirilib. Açılış mərasimində çıxış edənlər idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs edib. Bildirilib ki, bu cür idman tədbirlərinin gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində böyük rolu var. Yeniyetmə və gənc idmançıların nümunəvi çıxışlarından sonra yarışa qatılan 20-25 yaş arasında 60 nəfərədək gənc turnikdə dartınma və müəyyən olunmuş marşrut üzrə 3 min metr məsafəyə kross qaçışında yarışıblar.
Yarışın sonunda hər bir hərəkət üzrə ilk üç yeri tutmuş idmançılar Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və ictimai şura üzvləri üçün təlimlər davam edir. Növbəti təlimlər Şamaxı rayonu, Mədəniyyət Mərkəzində təşkil edilib. Təlimlərdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi, təlimçilər, Şamaxı, Ağsu, Göyçay, Qobustan, Kürdəmir, Ucar üzrə yerli icra hakimiyyətlərinin nümayəndələri, müvafiq şöbənin müdirləri, yerli icra hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şuraların rəhbərləri və üzvləri iştirak ediblər. Çıxış edənlər rayonun sosial-iqtisadi inkişafından, qeyri-hökumət təşkilatlarının keçdiyi inkişaf yolundan, QHT-dövlət münasibətlərindən və bu cür təlimlərin keçirilməsinin səmərəliliyindən bəhs edib. Təlimlər yerli icra hakimiyyəti orqanlarının ictimai iştirakçılıq, İctimai Şuralara seçkilərin təşkili və keçirilməsi prosesi, İctimai Şuraların hüquq və vəzifələri, fəaliyyət çərçivəsi, dövlət orqanlarının ictimai iştirakçılığın təmin olunması ilə bağlı öhdəlikləri sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunub.
Sentyabrın 3-də Şəkinin Vərəzət və Baş Zəyzid kəndlərindən yanğınlar törədilməsi ilə bağlı xəbər vermişdik. Hadisə zamanı yanğınsöndürənlərin səylərinə baxmayaraq 32 yaşlı İmran Balaməmmədova məxsus ümumi sahəsi 242 kv.m olan 5 otaqlı kürsülü evin yanar konstruksiyaları yanıb. Nəticədə ev yaşayış üçün yararsız hala düşüb. Bununla da 6 nəfərdən ibarət ailə müxtəlif yerlərdə gecələməli olur. Dünəndən başlayan aramsız yağışlar isə evsiz qalan ailənin vəziyyətini bir qədər də çətinləşdirib. Xatırladaq ki, yanğında həmçinin ailəyə məxsus "VAZ 2106" markalı avtomobil, tövlə yanıb. Tövlənin içində olan 6 baş iribuynuzlu mal tələf olub.
Şəkidə 20- 25 yaşlı iştirakçılar arasında “Sağlam bədəndə sağlam ruh” adı altında respublika yarışlarının rayon mərhələsi keçirilib. Yarış Şəki şəhər Olimpia kompleksində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə, daxili işlər nazirliyinin rəsmiləri, idman ictimaiyyəti, yarış iştirakçıları və qonaqlar iştirak ediblər. Açılış mərasiminin ardınca yarışa start verilib. 100 nəfərə yaxın idmançı idmanın yüngül atletika, kross qaçışı, gimnastika növləri üzrə güclərini sınayıb. Sonda ilk 3 yeri tutmuş gənc idmançlar diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.
Çərşənbə axşamı, 06 Sentyabr 2022 13:56

Ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib...

Şamaxı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 2021-2022-ci il tədris ilində Şamaxı rayon təhsil sektorunda yüksək nəticə göstərən məzunlarla görüş keçirilib. Heydər Əliyev adına parkda təşkil olunan görüşdə RİH-nin rəsmiləri, millət vəkili və təhsil işçiləri, valideynlər iştirak ediblər. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən,eləcə də tələbə adı qazanan bütün məzunlar təbrik edilib. Ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışılıb, son illər kadrların hazırlanması, tədrisin yüksək, müasir tələblər səviyyəsində təşkili üçün ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görüldüyü diqqətə çatdırılıb. Görüşdə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənlərə, habelə bir sıra müxtəlif layihə və müsabiqələrdə qalib olmuş məzunlara fəxri fərman və mükafatlar təqdim olunub. Qeyd edək ki, 2021-2022-ci tədris ilində Şamaxı rayon ümumtəhsil məktəblərinin məzunlarından 12 nəfəri 600 bal, 24 nəfəri 500-dən artıq bal toplayıb.
Balakəndə bir gecədə iki mağazadan oğurluq edilib. Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkənlər onlara məxsus obyektlərdən ümumilikdə 1100 manat pulun, eləcə də danışıq kartlarının və mobil telefonun oğurlandığını bildiriblər. Məlumat daxil olan kimi polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib və ilkin araşdırmalar zamanı cinayətlərin eyni şəxs tərəfindən törədildiyi müəyyən olunub. “İsti izlər”lə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən rayon sakini İzzət Məsiyev saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayətləri edib və oğurladıqları onun yaşadığı evdən maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. Qeyd edilən faktlarla bağlı Balakən rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb,istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
502 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S