Super User
Dünya İncəsənət Günü münasibətilə konsert proqramı keçirilib
15 Aprel – Dünya İncəsənət Günü Zaqatala rayonunda qeyd edilib. Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbi, Şəki şəhər Heydər Əliyev Mərkəzi və Zaqatala rayon Mədəniyyət Mərkəzininin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bölgənin mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
"Qəhrəmanlar unudulmur"
Şəkidə Birinci Qarabağ müharibəsi şəhidi Fərahim Çapuqinin ildönümünə həsr olunan "Qəhrəmanlar unudulmur" adlı tədbir keçirilib.
Evdən oğurluq edən şəxs həbs edildi
Oğuzda evdən oğurluq edən şəxs saxlanılıb. Polisə müraciət edən zərərçəkmiş Xaçmaz kəndində yerləşən evindən dəyəri 4 min manat olan məişət əşyaları və təmir-tikinti alətlərinin oğurlandığını bildirib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Vələd Əhmədli saxlanılıb. O, oğurladığı əşyaları Qəbələ rayonunda satdığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Əhmədli barəsində həbs qətimkan tədbiri seçilib.
Yeni çəkilən yollar niyə qazılır?
Şəkidə su-kanalizasiya xətlərinin çəkilişindən sonra bərbad vəziyyətə düşən yollar təmir edilir. Küçələrə yeni asfalt örtüyü çəkilir. Amma bir neçə ərazidə yeni çəkilən yol yenidən qazılıb. Bəs, səbəb nədir? Qurumlarım məsuliyyətsizliyi, ya ümumiyyətlə bir-birlərindən xəbərdar olmamaları? Sujeti izləyək...
Elnarə Ülvi, Həbib Fərəcov, Ofelya Şabanova, Sədəf Budaqova ""5 gün" Mikayıl ilə"də 15.04.2025
Azərbaycanın nömrə 1 ulduzu 11.04.2025
“Erkən müayinə can qurtarır”
Səhiyyə Nazirliyinin tərəfdaşları ilə birgə reallaşdırdığı “Erkən müayinə can qurtarır” adlı tibbi aksiyanın növbəti ünvanı Zaqatala rayonu olub. Aksiyanın məqsədi sağlamlıq xidmətlərini insanlara yaxınlaşdırmaq, mütəmadi tibbi müayinənin önəminə diqqət çəkmək, diabet xəstəliyinin erkən mərhələlərində diaqnostikasını aparmaq və xəstəliyin qarşısını almaqdır.Aksiyada təcrübəli həkim heyəti sakinlərə ödənişsiz tibbi xidmətlər, qan analizləri, eləcə də endokrinoloji, terapevtik və digər ixtisaslaşmış sahələr üzrə fərdi məsləhətlər verib. Xüsusilə şəkərli diabetlə bağlı risklərə dair geniş məlumatlandırma aparılıb.
50 yaşlı qadını avtomobil vuraraq öldürüb
Balakəndə 50 yaşlı qadını avtomobil vuraraq öldürüb. Hadisə günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral avtomobil yolunun Katex kəndi ərazisindən keçən hissəsində baş verib.
Şəki Dövlət Dram Teatrında - “Xoşbəxt hadisə”
Şəki Dövlət Dram Teatrında polşalı dramaturq Slavomir Mrojekin “Xoşbəxt hadisə” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib. İlboyu müxtəlif səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gələn teatrın "Xoşbəxt hadisə " tamaşası izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.Benefis tamaşa Prezidentin fərdi təqaüdçüsü, teatrsevərlərin sevimlisi Əməkdar artist Xanlar Həşimzadənin 50 illik uğurlu səhnə fəaliyyəti və 70 illik yubileyinə həsr olunub.