Polis işçilərinin peşə bayramı günü münasibətilə Şəkidə tədbir keçirilib. İştirakçılar ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər. Ardınca Heydər Əliyev Mərkəzində ulu öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən şəkillərə baxış keçirilib. Rayon Polis Şöbəsində davam edən tədbirdə çıxış edənlər polis işçilərini peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan Polisinin keçdiyi yoldan, ölkədə ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dincliyin təmin edilməsində polisin fəaliyyətindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıblar.