Azərbaycana səfər edən məşhur jurnalist, media məsləhətçisi Jim Lemay Azərbaycanın aparıcı xəbər agentliklərinin peşəkarları ilə görüşlər çərçivəsində Kanal S televizyasında olub. Telekanalın binası, imkanları, texniki avadanlıqları ilə tanış olan qonaq xəbərlər xidmətinin əməkdaşlarına qısa masterklas keçib. O, media trendləri ilə bağlı təcrübəsini bölüşüb.