Balakən rayonunun Katex kənd sakini, 38 yaşlı Şahid Babayevin meyiti tək yaşadığı evdə aşkarlanıb. Şahid Babayevin həyətyanı sahəsində ot biçməyə gələn qohumlar onu evdə görməyib və ev sahibini axtarmağa başlayıblar.
Bu zaman həyətdəki köməkçi tikilidə qaz sobasının yanında Şahid Babayevin meyitini görüblər. Yaxınları bildiriblər ki, mərhum hadisə baş verən evdə tək yaşayırdı. O, hərbi xidmətdən gələndən bir qədər sonra əsəb xəstəliyinə tutulub və uzun müddətdir bu xəstəlikdən əziyyət çəkirdi. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verib.
Cümə axşamı, 06 İyun 2024 13:55