Şəki şəhər 7 nömrəli məktəbdə \"Uşaqlar güclü gələcəyin təminatıdır\" adlı tədbir keçirilib. Oktyabrın 20-dən noyabrın 20-dək davam edən “Uşaq hüquqları aylığı” çərçivəsində həyata keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan təhsili keyfiyyətcə yeni mərhələyə çatdıqca gənc nəslin hüquqi maarifləndirilməsinə və qorunmasına diqqət də artır. Bu istiqamətdə qanunvericilikdə də bir sıra təkmilləşdirmələr aparılır. Tədbirdə uşaqların hüquqlarından danışılıb, məktəblilərin hazırladıqları çıxışlar dinlənilib, videomateriallara baxılıb. Həmçinin yaradıcı şagirdlərin ifasında ədıbi-bədii kompozisiya nümayiş olunub.